Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabirabad Meliorasiya İdarəsinin rəisinə 20 min manat borc ittihamı-(ŞİKAYƏT)

 

Sabirabad rayon Meliorasiya İdarəsinin rəisi Şafik Heydərov Nəsibə Məmmədovadan aldığı 20 min manat borcu qaytarmır.

Yenixeber.org: Bu barədə Füzuli rayonundan qaçqın düşən Nəsibə Məmmədova bildirdi ki, Şafik Heydərov borcu ötən ilin sentyabr ayında alıb: “Mənə dedi ki, Bakıdan İdarəyə yoxlama gəlib. Onarı yola salmaq üçün pula ehtiyacı var. Mən də bu məbləği verdim. İndi isə borcumu ondan ala bilmirəm. Zənglərimə cavab vermir”.

Şikayətçi qeyd edir ki, idarə müdirinin borcu qaytarmamasına görə Polis Şöbəsinə müraciət edib: “Bundan sonra Şafik Heydərov yaxın qohumu olan və idarədə işləyən Hafiz adlı şəxsi yanıma göndərərək, mənə 12 min manat vermək istədi. Bununla da borcun bağlanacağını deyib. Buna razılaşmadım”.

Şafik Heydərov isə Tendensiya.com-a verdiyi açıqlamada Nəsibə Məmmədovanı tanıdığını bildirməklə yanaşı borc barədə deyilənləri əsassız adlandırdı. İdarə müduri Hafiz adlı şəxsin Nəsibə Məmmədovaya 12 min manat vermək istəməsi məsələsi barədə isə qeyd etdi ki, bunlar hamısı şər və böhtandır: “Hafiz Nəsibə Məmmədovanın ona böhtan atması ilə bağlı Sabirabad rayon Polis Şöbəsinə şikayət edib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam