Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Evləri təhlükədə qoyan Ağsuçayın məcrası dəyişdirildi

Evləri təhlükədə qoyan Ağsuçayın məcrası dəyişdirildi

 

 

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində bəzi evlərdə yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərə başlanılıb

 

Yenixeber.org:  Bu barədə  Ağsu rayon icra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, məcrasından çıxan Ağsuçayın bəndlərə tərəf axınının qarşısı alınıb:

"Çayın evlər istiqamətindəki bəndlərini su yumuşdu. Bu da evlər üçün real təhlükəyə çevrilmişdi. Hadisə yerinə ağır texnikalar cəlb edildi və suyun bəndlərə tərəf axınının qarşısı alındı və çay başqa istiqamətə axır. Artıq həmin istiqamətə axın yoxdur. Artıq çayın məcrası dəyişdirildiyindən təhlükə də ciddi deyil".

İ.Mikayılov deyib ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti hadisə yerinə baxış keçirib və yaxın günlərdə çayın yenidən bəndlənməsinə başlanacaq.

Qeyd edək ki, son vaxtlar yağan yağışlar nəticəsində Ağsuçay Ağsu rayonu ərazisindən keçən hissəsində məcrasından çıxıb və bəndləri yuyub, nəticədə çay kənarında yerləşən evlərə təhlükə yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam