Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

 

 

"Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb"

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

O qeyd edib ki, Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.

R.Həsənov əlavə edib ki, son bir necə gün ərzində yağan yağışlarla əlaqədar Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam