Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Teleqüllə yaxınlığında yaşayan sakinlər:Heç yerə köçən deyilik – FOTOLAR

Teleqüllə yaxınlığında yaşayan sakinlər:

 

 

Min bir əziyyətlə kredit götürüb ev tikmişik. İndi isə deyirlər, evindən çıx, çünki sürüşmə ola bilər

 

Yenixeber.org: Bunu Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında), sürüşmə sahəsində yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, ərazidəki tikililərin çoxunun sənədi yoxdur:

“Tikinti başlayanda müvafiq olaraq İcra Hakimiyyətindən, Mənzil Kommunal və Texniki Xidmət Sahələri və polisdən icazə almışıq. Burada daşı daş üstündə qoyanda dövlət nümayəndələri peyda olur. İndi isə deyirlər, gizli tikmisən, bu necə olur?!”

Sakinlər qeyd ediblər ki, icra nümayəndələri onlarla görüşüb, lakin evlərlə bağlı dəqiq söz deyilməyib.

Kompensasiya məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, bu mövzu ilə əlaqədar onların suallarına cavab verilmir:

“Deyirlər ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir, müvafiq danışıqlar aparılır. Biz buradan heç yerə köçən deyilik, hazırkı vəziyyətimizi suriyalılarla müqayisə etmək olar. Evimizə köçməyənə qədər odun ətrafında yığışacağıq”.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar, əraziyə qaz, su və işığın verilişi sayandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam