Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nazir:"Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir..."



Rusiyanın Rostov vilayətinin Tikinti Nazirliyi 1993-cü ildə Moskva vilayətində təsis edilmiş və rəhbərinin azərbaycanlı iş adamı Araz Ağalarov olduğu “Krokus” şirkətinin “Rostov-Arena” stadionunun ətraf ərazisinin abadlaşdırılması üzrə işlərin başa çatma müddətinin uzadılması barədə xahişinə rədd cavabı verib. Bu barədə qurumun başçısı Nikolay Bezuqlov bildirib.

Yenixeber.org: Milyarder Ağalarovun şirkəti Tikinti Nazirliyi barəsində Arbitraj Məhkəməsində iddia qaldıraraq, müqavilənin başa çatma vaxtının 25 dekabr 2017-ci il tarixindən 2018-ci ilin aprel ayına qədər uzaqdılmasını tələb edib. Müqavilə çərçivəsində şirkət “Rostov-Arena” stadionuna aparan yolların hazırlanmasını və “Akvatoriya” su idmanı obyektinin tikintisini həyata keçirməlidir.

İşlərə federal büdcədən ümumilikdə 1,3 milyard rubl vəsait ayrılıb.

“İşlərin başa çatma müddəti müsabiqənin gedişində qəti şəkildə müəyyən edilmişdi və əgər bunu hamı istədiyi kimi geri çəksəydi, heç müsabiqəni keçirməyə də gərək qalmazdı. Mənə təklif edildi ki, müddətləri uzadım, lakin mən məmuram və dövlət qulluğundayam. Buna görə də, imtina etməyə məcbur idim, çünki qanun məhkəmə qərarı olmadan müddətlərin uzadılmasını nəzərdə tutmur. “Krokus”un məhkəməyə müraciət etmək üçün bütün əsasları var, belə ki, işlər başlayandan sonra həm biz, həm də FİFA müfəttişləri layihədə dəyişikliklər etmişik və bu da müddətlərə təsirsiz ötüşməyib”, - Bezuqlov deyib.

Onun sözlərinə görə, “Krokus” obyektdə işləri davam etdirir.

“Şirkət bayran günləri də işləyib, hamımız dincələndə onlar öz öhdəliklərini yerinə yetirməyə davam ediblər. Aydın şəkildə başa düşürük ki, məsələn, ərazinin yaşıllaşdırılması üzrə işlər müvafiq dövrdə aparılmalıdır. Biz də istəyirik ki, müqavilənin müddətləri uzadılsın, amma belə imkanımız yoxdur”, - tikinti naziri bildirib.

Arbitraj məhkəməsi “Krokus”un iddiasına fevralın 6-da baxacaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam