Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İntiharlar niyə artıb?– Ekspert danışır

İntiharlar niyə artıb?

 

 

İntiharların səbəbi kimi depressiyanın payı çoxdur, təxminən, 80 faiz. Bu cür depressiv əhvalı isə dost-tanış arasında sosial şəbəkələrdə tez-tez, demək olar, hər gün xəstəlik, ölümlə bağlı status paylaşanlar yaradır

 

Yenixeber.org: Bu sözləri tibb eksperti, həkim Vaqif Qarayev əhalinin tez-tez depressiv əhvaldan şikayətlənməsindən və son günlər baş verən intiharlarda danışarkən deyib.

V.Qarayevin fikrincə, sosial şəbəkələrin psixo-emosional sferası bəzi insanlarda depressiya yaradır:

“Kimə baxırsan, deyir, depressiyadayam. Depressiya ciddi problemdir. “Qızdırmadan yanıram”, “qulağım ağrıyır”, “öskürək amanımı kəsdi”, “xarabada həkim yoxdur ki, müraciət edəm”, “filankəsim ağır xəstədir, dua edin”, “bu gün filankəsimin qırxıdır(ilidir)” və s. tipli paylaşımların şahidi oluruq sosial şəbəkələrdə. Psixo-emosional sferası labil olan adamlarda bu cür statuslar, məlumatlar depressiya yarada bilər və yaradır da. Həmçinin depressiyanı ağırlaşdırır da. Xəstə şikayətini həkimə deməlidir, sosial şəbəkələrdəkilərə yox! Kədər, faciə yaşayan insan ruh halını doğmaları ilə bölüşməlidir, sosial şəbəkələrdəkilərlə yox!”

Həkimin fikrincə, intihar həmişə təkcə iradəsi zəif olanların edəcəyi əməl deyil:

“Fiziki baxımdan güclü, yüksək intellektli insanlar da intihar ediblər, edirlər. Hər kəsin probleminə fərdi yanaşılmalıdır, xüsusən yeniyetmə və gənclərin. Dinləmək lazımdır. Aqressiya depressiyanı dərinləşdirir, onları cəmiyyətdən daha da təcrid edir. Sonu da intiharla nəticələnir”.

V.Qarayev bildirib ki, konkret bir suisid hadisəsinin TV-də və KİV-də davamlı olaraq işıqlandırılması başqalarını intihara təhrik edir:

“Psixiatriyada “Verter effekti” deyilən bir nəsnə var. Konkret olaraq bir suisid hadisəsinin TV-də və KİV-də davamlı olaraq işıqlandırılması başqalarını intihara təhrik edir. Kifayət qədər misallar var bu barədə. İntihar edənləri qınamaq lazım deyil. Qəhrəman kimi də təqdim etmək də lazım deyil. Biliyi, qabiliyyəti olanlar hadisə baş verənə qədər yardım etsə, edə bilsə, azalar belə hadisələr”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam