Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda zibil problemi

Bakıda zibil problemi

 

Bakıda, yəqin ki, çoxunuz müşahidə etmisiniz: avtobus dayanacağında zibil qutusu var, amma adamlar siqaret kötüyünü və digər zibilləri etinasız şəkildə küçəyə - yerə atırlar. Sanki belə də olmalıdır

 

Yenixeber.org: Bu cür xoşagəlməz hallar təkcə avtobus dayanacağı ilə məhdudlaşsaydı, dərd yarıydı... Binalar yerləşən məhəllələrdə zibilxanalar - zibil qabları olsa da, insanlar əllərindəki lazımsız əşyaları, zibili hara gəldi atırlar. Kimisi siqaret kötüyünü, kimisi su şüşəsini, kimisi də yediyi qidanın qabını-qalığını küçələrə atır. Hətta çoxmərtəbəli binaların eyvanlarından zibil dolu sellofan torbaları, istifadə edilmiş pampersi yerə atanları demirik. Ən iyrənc mənzərəni isə səkilərə tüpürənlər edir.

Bu cür insanlara irad bildirəndə, “zibili yerə atmaq olmaz” deyəndə elə davranırlar ki, sən yalançı olursan, onlar doğru. Yaxud da zibil qutularının az olmasını səbəb kimi göstərirlər. Bu cür davranışlar da şəhərin küçələrində qalaq-qalaq zibillərin toplanmasına səbəb olur.  İnsanlarımız başa düşmək istəmirlər ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir.

Bəs qanunvericilikdə bu cür hallara yol verən şəxslərlə bağlı cəza tədbirləri varmı? Belə halların aradan qaldırılması üçün  hansı addımlar atılmalı və yaxud  qərarlar qəbul edilməlidir? Onlara yüksək cərimələr kəsilə bilərmi?

Oxu.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a deyib ki, qanunvericilikdə küçələri zibilləyən şəxslərlə bağlı sanksiyalar nəzərdə tutulur.

“İnzibati Xətalar Məcəlləsində küçələri zibilləməklə bağlı maddələr qeyd edilib. Hətta orada avtomobildən zibil atmağın, küçələri zibilləməyin məsuliyyəti qeyd edilib. Amma görünür ki, bu kifayət deyil. Çünki hamıya nəzarət etmək olmur. Burada ən böyük məsələ mədəniyyətdir. İnsanların küçələri zibilləməməsi üçün ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Müvafiq televiziya kanalları, xəbər saytları bu istiqamətdə materiallar hazırlamalıdırlar. Hesab edirəm ki, qanunvericilikdə küçələri zibilləməklə bağlı cərimələrin, sanksiyaların artırılmasına ehtiyac yoxdur. Hər kəs bilməlidir ki, küçələrə atılan zibillər müxtəlif xarakterli olur. Birbaşa xətəlik yuvalarıdır”.

Deputat bildirib ki, küçələrdəki zibil qablarının sayı azdır: “Mən bunu müşahidə etmişəm. Yaşadığım binanın yanında əvvəl iki zibil qabı vardı, indi isə biri var. Bu həm də onunla bağlıdır ki, ərazilərin təyinatını dəyişdirirlər. Mağazalar, təzə tikililər əlavə edirlər. Ona görə də zibil sahələri üçün az yerlər ayrılır. Məsul şəxslərin də bu istiqamətdə məsuliyyətsizliyi rol oynayır. Mən rayonda da, Bakıda da bunun şahidi olmuşam. Hətta elə yerlər var ki, zibil qabları qoyulur. Amma kimlərsə onu oğrulayıb evinə və yaxud bağına aparıb qoyur. Kommunal təsərrüfat idarələrinin əməkdaşları insanlardan zibilpulu yığırlar. Bəzi insanlar isə bu pulu ödəməkdən boyun qaçırırlar”.

T.Kərimli qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən, zibil yığımına məsul olan bəzi qurumlar - “JEK”lər çoxdan ləğv edilməli idi: “Amma hələ bu qurumlar saxlanılıb. Bu qurum işləyirsə-işləsin, işləmirlərsə, bunu ləğv edək. Onların əvəzinə kooperativ təşkilatlar yaradaq. Bəzən onlar səlahiyyət bölgüsünə görə bələdiyyələrlə toqquşurlar. Hər ikisi insanlardan vergi yığır, pul tələb edirlər. Tələb edəndə ki, pilləkən çirklidir, yumaq lazımdır, heç biri vətəndaşa yaxın durmur. Vətəndaşlar öz pulları ilə həmin pilləkənləri, dalanları təmizlədirlər. Çox təəssüflər olsun ki, bizdə əziyyət çəkmək istəyən çox azdır”.

Problemlə əlaqədar əməkdaşımız Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə də əlaqə saxlayıb. Ancaq rəsmi qurumdan bu haqda danışmaq istəməyiblər. Departamentdən təəccüblü şərt səsləndiriblər: “Sizinlə müqaviləmiz olmadığına görə məlumat verə bilmərik. Yalnız müqaviləniz olduğu halda sizinlə əlaqə saxlanılacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam