Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"TƏZADLAR" QƏZETİ AAK-ın SƏDRİNİ MƏHKƏMƏYƏ VERDİ-ƏDALƏT MURADOVA GÖRƏ

 

image here


AAK-ın sədr əvəzi Vəli Hüseynovdan ADİU rektoru Ədalət Muradovun professor diplomu ilə bağlı müəmmalara aydınlıq gətirilməsinə dair «Təzadlar»ın informasiya sorğusunu vaxtında cavablandırmadığına görə şikayət olunub…

Yenixeber.org: «Təzadlar» qəzetinin rəhbərliyi Ali Attestasiya Komissiyanın sədr əvəzi cənab Vəli Hüseynovu məhkəməyə verir. Buna səbəb AAK-ın sədr əvəzinin qəzetin sorğusuna cavab verməməsidir. Xatırladırıq ki, redaksiyanın 21 noyabr 2017-ci il tarixli, T-21-11-2017-2 saylı sorğusunda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi V.Hüseynovdan xahiş edilir: 
«Çox hörmətli Vəli müəllim!
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovla bağlı redaksiyaya daxil olmuş şikayət məktubu ətrafında araşdırma aparılır və yazı dərc ediləcək. Araşdırma qrupunun qarşısında duran suallardan biri ilə bağlı aşağıda Sizə təqdim olunan sorğuya cavab verilməsi zərurəti yaranmışdır. «İnformasiya əldə etmək haqqında» və «KİV haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aşağıdakı sorğuların cavablandırılmasını xahiş edirik:
1.Şikayət məktubunda qeyd edilir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə yalnız 26.12.2014-cü ildə ona Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu verilmişdir (tanıdılmışdır). Lakin maraqlıdır ki, Ə.Muradova AAK tərəfindən bir ay əvvəl-21.11.2014-cü ildə professor adı verilmişdir. 
Xahiş edirik, həmin iclas protokolunun çıxarışının surətinin redaksiyamıza təqdim olunmasına göstəriş verəsiniz.
2. Şikayət məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, professor Əlican Babayev 2014-cü ildə ekspert komissiyasının sədrliyindən 9 professorun səsverməsi ilə çıxarılmışdır. Xahiş edirik, həmin iclas protokolunun çıxarışının (aktın) surətinin redaksiyaya təqdim olunmasına göstəriş verəsiniz».

Onu xatırladaq ki, eləcə də sorğuya “KİV haqqında» Qanunun 8-ci maddəsinin çıxarışı da əlavə edilmişdir. Həmin çıxarışda yazılır: "Maddə-8. «Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ». «Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir».
Odur ki, redaksiya qanunvericiliyin tələb etdiyi müddətdə sorğuya cavab verilmədiyindən məhkəməyə müraciət edib. Məhkəmədən AAK-ın sədr əvəzi cənab V.Hüseynovun üzərinə sorğuya dərhal cavab verilməsi, sorğuya vaxtında cavab verilmədiyindən redaksiyayanın işgüzar nüfuzuna ağır zərbə vurulduğundan cavabdehin 20 min manat təzminat ödəməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması xahiş olunub.
Redaksiya artıq tanınmış vəkil Adəm Məmmədovla müqavilə də bağlamışdır.
Elçin Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam