Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərbaycan rəhbərliyi Ukraynadakı həmvətənlərimizin taleyindən narahatdır”- Səfir

 

“2014-2015-ci illərdə 8 azərbaycanlı biznesmen oğurlanıb. Onlara görə pul tələb olunub. Onlardan bəziləri pul qarşılığında azad olunub, digərlərinin isə taleyi başqa cür olub. Onlar hələ də evə qayıtmayıblar və itkin düşmüş hesab olunur”.

Yenixeber.org AzVision.az-a istinadən xəbər verir ki, bunu “Qordon” nəşrinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev bildirib. Onun sözlərinə görə, baş verən hadisələrə hüquqi qiymət verilməsi üçün Ukraynanın Baş Prokuroru Yuri Lutsenko və ölkənin daxili işlər naziri Arsen Avakovla görüş keçirilib: “Hər iki halda bizə bildirildi ki, bütün insidentlərə dair araşdırmalar maksimum şəkildə operativ və obyektiv olacaq”.

Səfir qeyd edib ki, xeyli vaxtın keçməsinə baxmayaraq, istintaq işlərində heç bir irəliləyişə nail olunmayıb: “İnanın, ən çətin anlardan biri bizim Bakıdan istintaq işlərində niyə irəliləyiş olmamasını dair suala cavab vermədiyimiz zaman olur. Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və bizim həmvətənlərimizin taleyi barədə narahatlıq keçirir. Axı burada yarım milyona qədər azərbaycanlı yaşayır. Bundan əlavə, təxminən 11 minə qədər azərbaycanlı tələbə Ukraynada ali təhsil alır. Ukrayna bizim strateji tərəfdaşımızdır və biz istəyərdik ki, ölkələrimiz arasında həll edilməmiş məsələlər qalmasın”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam