Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Baş həkimin korrupsiya əməlləri necə ört-basdır edildi? -Beyləqanda

 

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında aparılan maliyyə yoxlamaları zamanı ciddi korrupsiya halları aşkar edilib. Ki, Əli Məmmədov bu məsuliyyətdən yaxasını qutara bilib. 

Yenixeber.org:   Bu barədə xəstəxanadakı etibarlı mənbəmiz məlumat verir. Bu əsnada Sonolay.org-a verilən məlumatlarda bildirilir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi tərəfindən Beyləqan rayon xəstəxanasında maliyyə yoxlamaları aparılıb. Aparılan yoxlamalar zamanı ciddi maliyyə pozuntuları faktı aşkarlanmışdır. Deyilənlərə görə, maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim bundan necə “xilas” olacağının yollarını axtarırmış. Məlumatlara görə, baş həkim yoxlamadan canını necə qutaracağı üçün baxıcı- cindar yanına da gedib. Hətta müfəttişlərin dil ağızlarını da bağladıb ki, aşkar etdikləri maliyyə pozuntularını qabardmadan öz xeyrinə həll etsin. Belə də olur. Təftişçilər tərəfindən aşkarlanmış ciddi korrupsiya halları heç də qabardılmır, əksinə ört-basdır edilir. Hər halda aşkarlanmış maliyyə pozuntularını ört-basdır edilməsi Əli Məmmədova təmənnasız ötüşmür. Təftişçilər də “hərf” deyillər ki, onlar Əli Məmmədovun qara -qaşın, qara-gözünə aşiq olub nəyisə “peşkaş” olaraq keçsinlər. Ən azında bunun əksini düşünmək reakarlıq olardı. 

Məlumatlarda bildirilir ki, baş həkim Əli Məmmədovun göstərişi ilə xəstəxananın cərrahiyyə şöbəsində xidmətçi işləyən şəxslər, gecə saatlarında da növbətci tibb bacısı işləyirlər. Mənbəmiz israrla bildirir ki, cərrahiyyə şöbəsində gündüzlər xidmətçi işləyən SONA adlı şəxs gecələr uşaq şöbəsində növbətçi tibb bacısı işləyir: «İynə vurmağı az çox kimsə bacarırsa baş həkimə “hörmət” etməklə burda tibb bacısı işləyə bilər». 


Bundan əlavə olaraq qeyd olunur ki, Əli Məmmədov Beyləqanda maşın üstası kimi tanınan Fazil adlı şəxsin adını texniki işçi yazıb, ancaq bir dəfə də olsun bu şəxs xəstəxanada görünməyib. Axtarılsa belə şəxslərin adları xəstəxananın ştat cədvəlində çoxdur, ancaq nədənsə bu hallara nəzər salınmır. Bu kimi insanlar baş həkimlə razılaşıb adlarını «staj» üçün yazdırırlar, ancaq onların adına yazılan əməkhaqqları xəstəxananın baş həkiminə çatır, yəni onların bankamat kartları heç də onların özlərində deyil Əli Məmmədovun şəxsi mənzilində saxlanılır. 
Əli Məmmədovun bu cür qanunsuzluqlarını nə qədər saysaq da, bitib tükənsi deyil.Məsələ onun bu cür qanunsuzluqlara, korrupsiya cinayətlərinə yol verdiyinə görə cəzalanmamasından gedir. 
Mənbəmiz vurğulayır ki, Beyləqan rayon Mərkəzi xəstəxanasının nəzdində 3 kənd xəstəxanası,10 ambulatoriya, 42 ferdşer-mama məntəqələri fəaliyyət göstərir ki, həmin müəssisələrin təmiri üçün milyon manatlarla dövlət vəsaiti ayrılır. Xəstələr üçün dərman peraparatları, iynədən tutmuş adi bintə qədər- tibb ləvazmatlar dövlət tərəfindən ödənilir. Stasional xəstələr üçün hər ay ərzaq payları ayrılır ki, bunlarda xəstələrə verilmir. Baş həkim Əli Məmmədov tərəfindən satdırılır. Xəstəxananın texniki təchizatını təmin edilməsi, təcili tibbi yardım maşınlarının daimi işlək vəziyyətdə olması üçün onlara ayrılan ehtiyat hissələri, yanacaqlar vasitələri baş həkim tərəfindən satdırılaraq mənimsənilir. Xəstəxanaya ayrılan dərmannlar, iynədən tutmuş adı bintə qədər hammısını baş həkim qardaşının aptekində satdırır. 
Mənbəmiz bildirir ki, məhz elə bu kimi korrupsiya hüquqpozmalarının ört-basdır edilməsi üçün baş həkim tibb bacılarından 50-100, həkimlərdən 300, şöbə müdirlərindən isə daha böyük summada pul yığılması təlimatını verib. 
Qeyd edək ki, artıq iki həftədən çoxdur Beyləqan RMX-da aparılan maliyyə yoxlamaları qutarıb.

P.S. Redaksiya olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılan maliyyə yoxlamaları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət ünvanlamışıq. Müraciətimizdə baş prokuror cənaq Zakir Qaralovdan Beyləqan xəstəxanasında aparılan maliyyə yoxlamalrının qənaətbəxş olmadığını, eləcə də təftiş üzüvləri tərəfindən aşkarlanmış korrupsiya hallarına düzgün və hüquqi qiymət verilməməsini qeyd edərək prokurorluq orqanının hərəkətə keçməyini xahiş etmişik. 

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam