Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Hazırda normal bir hökumətə ehtiyacımız var” -Milllət vəkili

vahid-ehmedov-300x214Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Vahid Əhmədov 2017- ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını verib.

Xeberinfo.com:   Millət vəkili “Qafqazinfo” ya açıqlamasında bildirib ki, bu il neftin qiymətində müəyyən sıçrayışlar ola bilər: “Yəni qiymət qalxmaları və enmələri gözlənilir. Manatın müəyyən qədər dəyərdən düşməsi yenə də davam edəcək. Çünki manat valyuta bazarında öz dəyərini almalıdır. Düzdür, “Strateji Yol Xəritəsi” təsdiqlənib. Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik. Çünki hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, 2017- ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımların olacağını hesab edir: “İlin birinci yarısında manat müəyyən qədər dəyərdən düşəcək. Lakin ikinci yarımillikdən müəyyən stabillik gözləmək mümkün olacaq.

“Strateji Yol Xəritəsi”ndə göstərilən məsələləri həyata keçirmək üçün maliyyə problemi var. Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait hardan əldən olunacaq? Əksər hissəsi ola bilsin ki, xarici investisiyalar hesabına həyatına keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq. Azərbaycanda bu gün həm institusional, həm struktur, həm də kadr islahatlarına çox böyük ehtiyac var”.

Onun sözlərinə görə, ilin axırında Milli Məclisdə bəzi qanunlara qalmaqallı dəyişikliklər edilib: “Yeni qanunların da qəbul edilməsi gözlənilir. İnhisarçılığın qarşısını almaq üçün “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbul edilməsini gözləyirik. Çox istərdik ki, maliyyə ilə əlaqədar müəyyən qanunlar qəbul edilsin. Büdcəyə nəzarət mexanizmini daha da formalaşdırmaq üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsi qəbul olunmalıdır. İstəyirik ki, 2017-ci ildə müəyyən qədər iqtisadiyyatı stabilləşdirək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam