Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ATILMIŞLARIN YAŞADIĞI ANLAR

ATILMIŞLARIN YAŞADIĞI ANLAR


Xeberinfo.com:   Mən Qara Qarayev adına 2 saylı xəstəxananın pediatriya şöbəsində müalicə alırdım.Mənim həkimim Ağayeva Könül xanım idi.O,çox yaxşı və mehriban həkim idi.Mən çox şadam ki, məni müalicə edən həkim Könül xanım olmuşdur.O, hər səhər mənə və başqa xəstə uşaqlara baş çəkirdi. Könül xanım hər zaman xəstələrini mehribanlıqla müayinə edər,öz tapşırıqlarını valideynlərə söyləyərdi.Mən Könül xanımı çox sevdim. 
Mənim xəstəxana ilə bağlı yaxşı təəssüratlarımla yanaşı qəlbimi acıdan anlar da oldu. Mən xəstəxanada qalanda müalicə alan 3 atılmış uşaqla tanış oldum: Evelena, Aylin, Zemfira. Zemfiranın həyat hekayəsi mənim xüsusi olaraq diqqətimi cəlb etdi. Həkimin dediyinə görə Zemfira anginadan əziyyət çəkirdi. Düzdür, həkimlər ona çox diqqətli yanaşsalar da bəzi tibb bacıları vardı ki ona mehribanlıq göstərmirdilər. Hətta bir tibb bacısının Zemfiranın üzünə sillə vuranda gözlərimlə gördüm. Zemfira məni çox sevirdi. Çünki, mən ona əsl bacı nəvazişi və mehribanlıq göstərirdim. 
Zemfiranı nədənsə otağa tək salıb bağlayırdılar. Uşağın tək otaqda ağlamaqdan az qala nəfəsi dayanırdı. Bir gün o otaqda uzun müddət ağladıqdan sonra heç nə olmamış kimi təsadüfən onu dəhlizə buraxdılar. Mən də dəhlizdə idim. Zemfira məni görcək mənə sarı yüyürərək mənim ayaqlarıma sarıldı. Dəhlizdə hamının ağzı açıq qalmışdı. Xəstələrin bəziləri Zemfiranın tibb bacılarını incitdiyini deyirdilər. Xəstələr və tibb bacıları ona cox nəvaziş göstərməməyimi tapşırdılar. Səbəbini isə hələ də başa düşə bilmirəm. Amma mən bəzi zalım tibb bacıları kimi daşürəkli deyildim. Axı onun qayğıya bizdən çox ehtiyacı vardı. Mən ondan bir an belə ayrılmaq istəmirdim. Mən bir bacı kimi istərdim ki, Zemfira ağlayanda göz yaşını silə bilən ona əsl ana nəvazişi göstərən bir ailəyə övladlığa verilsin. Amin…
Evelina və Aylin isə Binədə yerləşən “Ümud”uşaq evindən gəlmişdilər. Evelinanın həyatı filmə bənzəyir. Onun həyat hekayəsini bilmək istəyitsinizsə tanış olun: Evelinanın on beş yaşı var. Evelina Binədə yerləşən uşaq evinə beş yaşı olanda verilib. O on ildir ki, uşaq evində yaşayır. Dediyinə görə ana və atası onu atmayıblar. Atası ögey olduğundan Evelinaya zülm edirmiş. Ana və atası ögeyli, doğmalı rəhmətə gediblər. Evelinanın anası rəhmətə gedəndə onun dörd, atalığı rəhmətə gedəndə isə beş yaşı varmış. O uşaq evində gördüyü qayğıdan ürəkdolusu danışırdı. O, indi Q. Qarayev adına iki saylı xəstəxananın pediatriya şöbəsində Aylin adlı uşağa baxıcı kimi göndərilmişdi. Aylin də Binədə yerləşən uşaq evində yaşayır. Kaş əmin ola biləydim ki, uşaq evində yaşayan kimsəsiz, atılmışlara qayğı göstərilir. Mənim isə analara sözüm budur: Ey, analar uşaqlarınızı atmayın!!! İllərlə uşaq səsinə həsrət qalan ailələr də var. Allahım, sən özün yetim uşaqlara köməyi ol. Onların tək himayədarı sənsən Allahım! Ey uşaqlarını atan atalar və analar gec ya tez Allah sizin cəzanızı verəcək!

 

ABDULLAYEVA NURAY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam