Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəlilabadın işıq idarəsinin rəisindən növbəti şikayət: QOHUMBAZ

 

Aydın Məmmədovun aydın olmayan fəaliyyəti, kadr seçimi haqqında...

 

 

Xeberinfo.com: Redaksiyamızın elektron poçtuna Cəlilabad rayon Alıqasımlı kənd sakini Abıyev Habil Heydər oğlunun müraciəti daxil olub. Habil Abıyev müraciətində Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsindəki özbaşınalıqlardan və şəbəkənin rəisi Aydın Məmmədovun qanunazidd əməllərindən bəhs edir. Müəyyən oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik. 

 

"Yazıb sizə bildirirəm ki, 2016-cı ilin fevral ayından Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə Lerik rayonundan olan Aydın Məmmədov adlı yeni müdir təyin olunmuşdur. Bu adam 4-5 il bundan qabaq Sumqayıtda 4-cü mikrorayonda işiq idarəsində işləyirdi. Qışın ortasında gecə vaxtı bütün mikrorayonun işığını kəsmişdi. 4-cü mikrorayondan 2 gün işıq olmamışdı və camaat işıq idarəsinin qabağına toplaşmışdılar ki, nə məsələdir. Bu zaman Aydın Məmmədov sakinlərlə kobud rəftar etmiş, hətta onları təhqir etməkdən də çəkinməmişdi. Nəticədə qalmaqal baş vermiş, Aydın Məmmədov təhqir etdiyi insanlar tərəfindən döyülmüşdü. Bundan sonra Sumqayıt cavanları xalqı təhqir edən Aydın Məmmədovu özləri münasib bildikləri şəkildə “cəzalandırmaq” üçün maşına basıb dəniz qırağına aparmışdılar. Xəbər icra başıçısı Vaqif müəllimə çatan kimi o evindən durub İşıq idarəsinə gəlmişdi. Aydını işıq idarəsində tapmayan Vaqif müəllim dəniz qırağlna getmiş, cavanlarla danışıqlara girib onu biabır olmaqdan qurtarmağa çalışmışdı. Uzun danışıqlardan sonra Sumqayıt cavanları Aydını İcra başçısına vermişdilər. Sumqayıt uşaqlarının Aydınla nə etdiklərindən dəqiq xəbərimiz yoxdur, amma danışırlar ki, Aydın Vaqif müəllimə veriləndə əynində pal-paltar yoxmuş! İcra başçısı elə hamının yanında onun üzünə tüpürmüş, pis-pis söyüşlərlə söydükdən sonra işindən uzaqlaşdırmışdır. İndi belə bir biabırçı adam hansı yollarlasa Cəlilabad İşıq idarəsinə təyin olunub, Sumqayıt camaatının başına açdığı oyunları bizim də başımıza açmaq istəyir.

 Aydın Məmmədov Cəlilabad EPŞ-ə müdir təyin olunan kimi cəlilabadlı kadrların hamısını işdən uzaqlaşdırdı. Nəyə görə rayondan olan işçilərin hamısını işdən çıxarır, başqa kənar rayonlardan- Lerikdən, Masallıdan, Yardımlıdan öz qohum-əqrəbasını və əlaqədə olduğu adamları gətirib işlərə qoyur? Maraqlıdır, bu adamlar hansı vəsaitlə yaşadıqları rayondan Cəlilabada gəlib gedirlər? Axı onlar Cəlilabadda kirayədə qalırlar. Kirayə pulunu necə verirlər? Gediş-gəliş haqlarını necə çıxarırlar? Heç kəsə sirr deyil ki, İşıq İdarəsində maaşlar o qədər də yüksək deyil. Məsəlçün, Aydın Məmmədovun yeni təyin etdiyi işçi Rafiq Səfərov yaşadığı Lerik rayonundan necə gedib gəlir? Lerikə gedib gəlmək üçün hər gün Rafiq Səfərovun sürdüyü “Leksus” maşınına 10-12 litr benzin tökmək lazımdır. Rafiq Səfərov təkcə benzinə aya 300 manat pul sərf edir. Aydın Məmmədov Cəlilabad İşıq İdarəsinə Yardımlı rayonundan Xanış adlı birini də gətirib. Bu Xanış Yardımlıya gedib gəlmək üçün hər gün 20 litr benzin yandırmalıdır. Nəzərə alsaq ki, Cəlilabad EPŞ işçilərinə istirahət yoxdu, yəni şənbə, bazar günləri də işə çıxırlar, onda qəribə mənzərə yaranır. Bundan başqa, Lerikdən, Masallıdan və Yardımlıdan bizim rayona işləyə gələn həmin yoldaşlar hər gün yeməyə ən aşağısı 5 manat pul sərf etməlidirlər. Çəkdikləri siqaret isə günə 2 manatdan aya 60 manat edir. O pulu hardan çıxarırlar? Bəlkə Aydın Məmmədov həmin pulu gətirdiyi yoldaşlara öz cibindən verir? Xeyir, məlum olur ki, Aydın bu yoldaşlara öz cibindən pul-zad vermir, əksinə, hər ay işçilərdən 20 manat “idarənin xərcləri üçün” pul da yığır. Həmin pul işçilərin maaşından tutulur. Bəs onda qonşu rayonlardan bura təşrif buyuran işçilər bu qədər məsrəfi hardan çıxarırlar?!

 Maraqlı cəhətlərdən biri də odur ki, Aydın müəllimin Cəlilabad İşıq İdarəsinə kənar rayonlardan doldurduğu işçilərin heç biri öz sahəsinin mütəxəssisi deyil. Bəs onda Aydın onların qara qaşına, qara gözünə aşiq olub ki, belə işlərə təyin edir? Xeyir ola?! Axı İstismar üzrə usta olmaq çətin və məsuliyyətli işdir. Təsəvvür edin ki, həmin ustanın vəzifəsi podstansiyadan çıxan 10 kilovatlıq xətlərin normal işləməsi və 0-4 hava xəttinin bərpasıdır. Nəinki ixtisası, hətta səriştəsi olmayan bir adam belə bir çətin işi necə yerinə yetirə bilər? Belə bir məsuliyyətli işə təyin olunmaq üçün adam ən azı 6 ay oxuyub imtahan verməlidir. Qayda belədir. Tutaq ki, nəzarətçi hər adam götürülə bilər, amma İstismar üzrə usta hökmən mütəxəssis olmalıdır, bu işə təsdadüfi adamlar götürülə bilməz. Hətta müfaviq imtahandan keçməyən mütəxəssis adamın həmin işə götürülməsi gələcək faciələrdən xəbər verir. Bu gün Cəlilabad sakinlərinin elektrik enerjisi ilə təminatı başlı-başına qalıb.

 Görün Cəlilabad EPŞ-nin taleyi kimlərin ümidinə qalıb! Nə vaxtdan İstismarın işçisi satış şöbəsinə təyin edilir? Cəlilabadda istismarın işçiləri küçə-küçə, ev-ev düşüb işıqpulu yığırlar. Aydın Məmmədov onları işindən ayırıb və İşıq idarəsində xaos yaradıb. Məhz belə halların ucbatından Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində istismar bərbad və faciəli durumdadır. Çünki işçilər öz işlərini icra etmək iqtidarında deyillər. Yeni müdir Aydın Məmmədov onları öz işləri ilə, yəni istismar işləri ilə məşğul olmağa qoymur, pul yığmağa göndərir.

 Belə halların nəticəsidir ki, bu gün Cəlilabad EPŞ-də böyük narazılıqlar yaranıb. İşçilər arsında konfliktlər və ruh düşkünlüyü var. Bir-biri ilə hətta küçənin ortasında, camaatın gözü qabağında əlbəyaxa dava da edirlər. Vəziyyət o qədər faciəlidir ki, bu yaxınlarda “Azərişıq” ASC Cəlilabad şöbəsinə xüsusi xəbərdarlıq məktubu da göndərib. Həmin məktubda istismar işçilərinin satış işlərindən kənarlaşdırılıb öz işləri ilə məşğul olmaları əmr olunur. Lakin Aydın Məmmədov rəhbərliyin belə əmrlərini saya salmır, öz istədiyi kimi hərəkət edir. Bu adam istismar işçilərini zorla, hətta bəzən söyüş söyə-söyə kəndlərə pul yığmağa göndərir.

 

 Yazıb sizdən xahiş edirəm ki, məktubumda göstərilən hallarla bağlı tədbirlər görülsün, Cəlilabad rayon İşıq İdarəsində qayda-qanun yaradılsın".

 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam