Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Beyləqanın təhsil şefi vəzifəsindən gedir

Xeberinfo.com:  Beyləqan rayon Təhsil Şöbəsinin müdirinin işdən çıxarılacağı ilə bağlı ajiotaj.az-a məlumat daxil olub. Məlumatlarda qeyd olunur ki, TŞ müdiri Tofiq Sadıqov yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacaq, yerinə isə Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar iTəşkilatının müdir Tahir Həsənov gətirilir. İddia olunur ki, hətta Tahir Həsənovun TŞ müdiri gətirilməsi artıq icra başçısı ilə razılaşdırılıb.
 

Vurğulanır ki, Tahir Həsənovun Beyləqan təhsil başkanı keçməsi prosesi aprel ayının 15-nə qədər çəkəcək. Prosesin uzanması hazırda Maliyyə Nazirliyinin Ağcabədi Regional İdarəsi tərəfindən aparılan yoxlamalarla bağlı olduğu bildirilir.

Tahir Həsənov Beyləqanın sabiq başçısı İrşad Əliyevin kadrı olub. Məhz elə Tahir Həsənovun Füzuli rayon 55 saylı orta məktəbindən Beyləqan Təhsil İşçilərinə həmkar transver olması əvvəlcədən adı çəkilən rayona təhsil müdiri gətirilməsinə hesablanıbmış. İrşad Əliyevin gözlənilmədən Kürdəmir rayonun icra başçısı göndərilməsi bu planı alt-üst etdi. Yəni, Vaqif Abdullayevin Beyləqana başçı təyinatı Tahir Həsənovu reallaşmaqda olan arzusunu nakam qoydu. 

Maraqlı məqam onadaır ki, T. Həsənov Füzuli təhsilindən Beyləqan rayon təşkilatının sədri vəzifəsinə transver olması üçün iyirmi beş min manat nağd rüşvət verdiyi söylənilir. Bu pulun iyirmi min manatını həmkar olması üçün İrşad Əliyevə rüşvət olaraq verdiyi, qalan 5000 minmanatını isə ortalıqda xərclədiyi bildirilir. Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi prosesi çox müəmmalar yaradır… 

Artıq Tahir Həsənovun 4 il əvvəlki planı bu günləri reallaşmaq üzrədir. Qeyd olunur ki, Tahir Həsənov Vaqif Abdullayevlə dil tapıb və o, bu yaxınlardan təhsil müdiri olacaq. Qaynağımız iddia edir ki, Tahir Həsənov Füzuli rayon 55 saylı orta məktəbində direktor işləyərkən adı şagir mübadiləsində və atestat alverində keçib.

P.S Biz Tofiq Sadıqovun işdən çıxarılmasının əlehinə deyilik! Saadəcə olaraq V. Abdullayevin İrşad Əliyevin kadrına vəzifə verməsi bizi bir qədər təccübləndirdi! Doğrudandamı, V. Abdullayev düşünür ki, T. Həsənovu təhsil müdiri gətirməklə səf etmir?

P.S.S Tahir Həsənovun hansı oğludur ki, özünü MTN-nin əməkdaşı kimi təqdim etməklə bir neçə şəxsləri aldadaraq, onlardan iş düzəldəcəyi adı ilə onlardan 70 min manat pul almışdır?

Qarşı tərəfində söz haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam