Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı Rabitə Kollecində “qisas imtahanları"

  •  

  •  

    Bu kollecdə həqiqəti söyləyənlər Ceyhun müəllimin imtahanından keçmir

    “Rabitə aşiqinin” telefon kitabçasında kimlərin adı var?

    Xeberinfo.com: Müəllim adı bütün dövrlərdə uca və müqəddəs hesab olunub. Hər bir insanın qazandığı nailiyyətlərin özülündə şərəfli müəllim əməyi dayanır. Bütün dahilər, görkəmli şəxsiyyətlər müəllim adı qarşısında baş əyib, bu müqəddəs peşə sahiblərinə öz ehtiramlarını bildiriblər. Ancaq, təəssüf ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də təsadüfi adamlar, qz əməlləri ilə bu müqəddəsliyə xələl gətirənlər tapılır.

    Redaksiyamıza müraciət edən Bakı Rabitə Kollecinin gömrük işi fakültəsinin 3-cü kurs tələbələri Həsənov Hatəm Aləm oğlu, Məhərrəmov İxtiayr Bəxtiyar oğlu, Qulamzadə Əşrəf Namiq oğlu, Camalov Cəlal Abbas oğlu kollecdə baş verən qanun pozuntuları Ceyhun və Şahin adlı şəxslərin özbaşınalıqları ilə bağlı müraciət etmişdir.

    Bakı Rabitə Kollecinin gömrük işi fakültəsinin 3-cü kurs tələbəsi Həsənov Hatəm Aləm oğlu müəllim haqsızlığından, ədalətsizliyindən şikayətçidir. Düzdür, ilk baxışdan haqsızlıq, ədalətsizlik kimi ifadələri müəllim adına yaraşdırmasaq da, H.Həsənovun dediklərini eşidəndən sonra Bakı rabitə Kollecində hökm sürən ab-hava haqqında təsəvvür yaranır.

    İlk öncə qeyd edək ki, Bəxtiyar Bəxtiyarovun rəhbərlik etdiyi Rabitə Kolleci o təhsil ocaqlarından hesab olunur ki, adı zaman-zaman medyanın gündəmini bəzəyir. Güman etməyin ki, kollec qazandığı təhsil uğurları ilə hamının diqqətini cəlb edir. Əsla və qətiyyən. Çünki, Bəxtiyar müəllimin rəhbərliyi altında kollec elm sahəsində uğurlar qazanmasa da, rüşvətxorluq, korrupsiya sahəsində öncüllərdəndir. Bu sahədə bir çox qocaman elm ocaqlarını qabaqlayan kollecdə həm də müəllim adına ləkə gətirən digər əməllər baş verir. Şikayətçi tələbə Hatəm Həsənov kollecin Ceyhun adlı müəlliminin şəxsi qərəzinin qurbanı olub. Daha dəqiq desək Ceyhun müəllim H. Həsənovun həqiqəti deməsindən, düz danışmağından xoşlanmayıb və bütün hirsini semester imtahanında çıxıb.

    Ceyhun müəllim Rabitə kollecinin müəllimi olduğu üçün ümumiyyətlə rabitə “aşiqidir”. Onun rabitəyə olan bu “sevgisi” o həddə çatıb ki, kollecin xanım tələbələrinin telefon nömrələri ilə maraqlanmağa, onların “kolleksiyasını” toplamağa başlayıb. Sonradan isə adı Ceyhun müəllimin “soraq kitabçasına” düşən tələbələrə gizlin nömrələrdən zənglər edilməyə başlanıb və bu zənglər heç də “elmi məqsədlər” daşımayıb. Hatəm Həsənovun isə günahı odur ki, bunları Ceyhun müəllimə irad tutmaqla zaman-zaman onun kefinə soğan doğrayıb. Əlverişli məqam gözləyən müəllim isə tələbənin iradlarının qisasını imtahanda alıb və qərəzçiliklə onu imtahandan guya nizam-intizam qaydalarını pozduğuna görə qovub. Əgər nəzərə alsaq ki, tələbə Həsənov Hatəm Aləm oğlu III kursadək sinif nümayəndəsi və ən nizam-intizamlı tələbə, eyni zamanda qiymtələrinin belə yüksək olması (yəni tam əlaçı tələbə), tələbə və müəllim kollektivinin ona qarşı münasibətinin müsbət olması onun məktəbdən birbaşa qovulmasına əsas vermir. İndi biçarə tələbə əlacız vəziyyətdə qalıb, “müəllim intiqamının” qurbanına çevrilib.

    Təhsil Nazirliyi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini aparır. Bizcə Ceyhun müəllim kimi “rabitə aşiqlərinin” həm də digər “bacarıqlarının” diaqnostikası aparılsa pis olmazdı. Təhsil Naziri Mikayıl Cabbarov Bakı rabitə Kollecinin fəaliyyətinə bir azca diqqət yetirərsə çox qaranlıq mətləblərdən agah olar. Yoxsa kim bilir hələ neçə tələbə “müəllim qisasının” qurbanına çevrilə bilər.

    Gundemshok.az  NİCAT MAHMUDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam