Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

İş adamı oğlunun oğurlanmasından danışdı

Azərbaycanlı biznesmen Malik Pirverdiyev oğlu Cəlalın oğurlanması ilə bağlı açıqlama verib.

 

Xeberinfo.com:  Məlumata görə, biznesmen araşdırmaların davam etdiyini vurğulayıb: “Oğlum Pirverdiyev Cəlalın oğurlanması barədə bəzi kütləvi informasiya vasitələrində gedən informasiyalar və bundan doğan narahatçılığa görə öncədən təşəkkürümü bildirirəm. Qeyd edim ki, oğlum Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Pirverdiyev Cəlal oktyabrın 13-dən 14-ə keçən gecə Kiyevdə müəmmalı şəkildə naməlum şəxslər tərəfindən oğurlanıb. Bununla bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Onun atası kimi bəyan edirəm ki, oğlum Pirverdiyev Cəlalın hansısa qüvvələr tərəfindən oğurlanması barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Məsələnin mənəvi tərəfinin ağırlığını başa düşərək hər bir media nümayəndəsinin keçirtdiyi narahatlığı anlayır, bu məsələdə təsdiqini tapmayan informasiyanın mənfi fəsadlar verməməsində mənə yardımçı olmaqınıza əminliyimi bildirirəm”.

Mətbuatda yayılan məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da, bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilirdi.

M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.


Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır.

Onun oğlunun Azərbaycanda çəza çəkən “Quli” ləqəbli “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı iddia olunur.

Qeyd edilir ki, M.Pirverdiyevlə yanaşı başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb. Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar “xərac” tələb olunur.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıb. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan “Quli” ləqəbli “qanuni oğru”nun idarə etdiyi bildirilir. Xatırladaq ki, həmin “vor zakon”un “Lotu Quli” olduğu güman edilir.

 

Qafqazinfo

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?