Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

“KİVDF jurnalistikanın qəbirqazanı oldu”-"“Bağlayan” gedibsə, “bağlananlar” da getməlidirlər"

 

 

 KİVDF-nin və onun sədri olmuş Vüqar Səfərlinin keçmiş fəaliyyəti ilə bağlı ASTNA-nın suallarına Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev cavab verib.

Yenixeber.org: Həmin müsahibəni təqdim edirik:

– Arif bəy, aprelin 4-də prezidentin sərəncamı ilə Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edildi. Bu qərarın KİV-in bundan sonrakı fəaliyyətinə hansısa dəstəyi olacaqmı?
– Belə təsəvvür yaranmasın ki, KİV-in inkişafının qarşısını məhz Vüqar Səfərli almışdı, o getdi, indi medianın fəaliyyətinə güclü dəstək olacaq. Bilirsiniz, çəkmənizin altı yırtıqdırsa, corab dəyişməklə ayağınızı islanmaqdan qoruya bilməyəcəksiniz. Çəkmə yamanmalıdır.
Yəni əvvəl KİVDF özü fəaliyyət prinsipləri dəyişməli, hədəflərini dəyişməlidir. Mən kağızda – əsasnamədə, dövlət proqramında – yazılan hədəfləri yox, real hədəfləri deyirəm.
– Vüqar Səfərlinin və ümumiyyətlə, KİVDF-nin bu günə qədər olan fəaliyyətini necə qiymətləndirirsiz? Hansısa formada KİVDF KİV-in fəaliyyətinə dəstək ola bilibmi?
– KİVDF Azərbaycanda çap mediasının və bir çox məsələlərdə bütünlüklə müstəqil jurnalistikanın qəbirqazanı oldu. Bu, ölkədə ən qeyri-professional, bütün peşə, ədalətli rəqabət prinsiplərinin əleyhinə fəaliyyət göstərən bir təşkilat idi. Faktiki olaraq dövlət orqanından şəxsi kontora çevrilmişdi.
– İllərdir KİVDF-yə ayrılan pulları, eyni zamanda mənzilləri Vüqar Səfərlinin öz istədiyi kimi idarə etməsi ilə bağlı fikirlər vardı. Amma Vüqar Səfərlinin işindən azad edilməsi bu günlərə təsadüf etdi. Sizcə, niyə indi verildi bu qərar?
– Ehtimal ki, yerinə namizəd axtarılırdı. Eyni zamanda, yəqin, bir adama bağlı olan sistem dağılandan sonra yeni sistemi necə işlətməyi düşünürlərmiş. O da mümkündür ki, uzun müddət davam edən qeyri-müəyyənliyin hansı əlavə problemlər yaratdığı daha dərindən hiss olunmağa başlayıb.
– Əli Həsənov işdən uzaqlaşdırılandan sonra onun kurasiyasında olan vəzifəli şəxslərin uzaqlaşdırılacağı ilə bağlı fikirlər vardı. Bu sırada Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin adları ilə yanaşı KİVDF sədri Vüqar Səfərlinin də adları çəkilirdi.
Baxmayaraq ki, Əli Həsənov uzaqlaşdırıldıqdan sonra Vüqar Səfərli onun mediasına KİVDF-dən pul ayırmadı. Sizcə, Vüqar Səfərlidən sonra bu sahədə olan şəxslərin təmizləmələrinin ardı gələcəkmi?
– Başqa variant görmürəm. Məsələ ondadır ki, bu təşkilatların fəaliyyəti və koordinasiyası fərdi bağlılıq prinsipi əsasında həyata keçirilirdi. “Bağlayan” gedibsə, “bağlananlar” da getməlidirlər. Əks halda sistemin yeni rəhbəri bu strukturları heç vaxt özünün tam nəzarətində hiss etməyəcək.
 KİVDF-yə yeni təyin olunan sədr Əhməd İsmayılovu media əhli o qədər də tanımır. Bir sahəni bilməyən şəxsin həmin sahəyə rəhbər təyin olunması nə dərəcədə doğru qərardır?
– Bildiyim qədər, Əhməd İsmayılov inzibatçılıq, təşkilatçılıq sahəsində təcrübəyə malikdir, media mühitində bişmiş adam deyil. Amma hər şey KİVDF-də idarəçiliyin, qərarların çıxarılması mexanizminin necə olacağından asılıdır.
Ola bilsin, elə idarəçilik mexanizmi tətbiq ediləcək ki, icraçı direktorun bilavasitə mediadan uzaq, amma güclü təşkilatçılıq bacarığına malik olması daha çox fayda verəcək.
Necə deyərlər, “üstünü unlu görüb” adını “dəyirmançı” qoymağa tələsməyək. Məchullar çoxdur. Mən buna təəssüf edirəm, çünki, fikrimcə, əvvəl məchulları həll edib, sonra işi kimə tapşırmağı müəyyənləşdirmək lazım idi. Ancaq qərar artıq qəbul olunub. Təki ümumi işə, mediaya faydası olsun.
– Sizcə, KİVDF kimi bir quruma ehtiyac varmı? Ehtiyac varsa bu qurum necə fəaliyyət göstərməlidir?
– Bu və ya digər formada əksər dövlətlər medianın inkişafına dəstək verməyə çalışırlar: kimi hökumət sifarişləri ilə, kimi güzəştlər tətbiq etməklə, kimi qrantlar ayırmaqla və s.
Mövcud qurumu dağıtmağa, xüsusilə də dərin böhran keçirən Azərbaycan mediasının indiki maddi-texniki vəziyyətində ondan imtina etməyə ehtiyac yoxdur.
Hər şey KİVDF-nin işinin hansı əsaslarla yenidən qurulacağından və ümumiyyətlə belə dəyişikliklərin həyata keçirilib-keçirilməyəcəyindən asılıdır.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}