Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Əfran İsmayılov: “Spirt vurmaqdan əlimin qabığı soyulub” -MÜSAHİBƏ

Əfran İsmayılov

 

“Keşlə” klubunun futbolçusu Əfran İsmayılovun müsahibəsi

Yenixeber.org: - Ölkədə karantin rejimi elan olunub. Vaxtınızı necə keçirirsiniz?

- Hamı çalışır ki, öz evində otursun. Hətta “evdə qal, sağlam qal” adlı şüar da var. Həqiqətən, tam yerinə düşən şüardır. Həm özüm, həm də ətrafım üçün buna əməl etməyə çalışıram. Vaxtımın çox hissəsini evdə keçirirəm. Bilirsiniz ki, bu virus keçicidir.

- Yəqin ki, idmanla, xüsusilə də futbolla məşğul olanlar üçün evdə qalmaq daha çətindir. Çünki aktiv həyat tərzinə öyrəşmisiniz...

- Əlbəttə,çətindir. Amma arada səhərlər çıxıb yüngülvarı qaçıram. Digər idman hərəkətlərini isə evdə edirəm. Tapşırığa uyğun hərəkət etməyə çalışıram.

- Özünüz koronavirusla necə mübarizə aparırsınız? Yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?

- Tez-tez əlimi spirtlə dezinfeksiya edirəm. İnandırım sizi ki, spirt vurmaqdan əlimin qabığı soyulub. Ömrümdə spirtdən bu qədər istifadə etməmişəm. Artıq əlimi yandırır. Çalışıram özümü və ətrafımı qoruyum. Ola bilər, virus bizə çox təsir etməsin. Amma yaşlı insanlar üçün təhlükəlidir. Valideynlərimə, qohumlarıma zərər verə bilər. Ona görə daşıyıcı da olmamağa çalışıram. Şükürlər olsun, özümü qoruya bilirəm. Sağ olsun ölkə başçısı, lazımi tədbirlər görülüb. Virus yayılmamışdan öncə tədbir alındı. Buna görə də vəziyyət tam ciddi deyil. Karantin rejimidir. Bizim üstümüzə düşən odur ki, evdə qalıb qaydalara tam əməl edək. İnanıram ki, əl-ələ verib vəziyyətdən çıxacağıq.

- Bəziləri spirtli içki qəbul etməyin koronavirusla mübarizədə effektiv olduğunu söyləyir. Buna münasibətiniz necədir?

- Yox, əksinə, spirtli içki qəbul etmək immuniteti daha da zəiflədir. Belədə orqanizm virusu daha tez özünə cəlb edir. Əsas əllər və üzü tez-tez yumaq və spirtlə dezinfeksiya etməkdir.

- Belə fikirlər var ki, koronavirus deyildiyi qədər qorxulu deyil, adi qripdir. Bəzi ölkələrin insanlar arasında yaranmış panikadan öz məqsədləri üçün istifadə etdikləri iddia olunur. Bu fikirlərlə razısınız?

- Xeyr, koronavirus real təhlükədir. Bunu hansısa ölkələrin bilərəkdən yaymaları xəbərinə inanmıram. Boş-boş söhbətlərdir. Həqiqətən, virus var, Çindən gəlib və sürətlə yayılır. İnsandan-insana keçir. Ona görə də ciddi yanaşmaq lazımdır. Baxıram ki, bir çoxları ciddi yanaşmır. Lağ-lağı, zarafat edirlər. Faciəyə çevrilməmiş bu virusdan qurtulmağa çalışmalıyıq. Arzu edirəm ki, hər şey – futbolumuz, işimiz geri qayıtsın. Hər bir sahədə geriləmə var.

- Koronavirusla mübarizə üçün fond yaradılıb və artıq “Qarabağ” klubunun baş məşqçisi, futbolçuları ora müəyyən məbləğdə yardım ediblər. Siz də belə bir addım atmağı düşünürsünüz?

- Hər cür köməklik etməyə hazıram. Fonda pul göndərməsəm də, imkansızlara maddi yardım edirəm. Bilirsiniz ki, bizdə elə çox pul olmur. Amma nəyə gücüm çatırsa, bundan sonra da edəcəyəm.

- Çempionat dayanıb, nə vaxt bərpa oluncağı hələ sual altındadır. Sizcə, cari mövsümü başa vurmaq mümkün olacaq?

- Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağam. Əsas məqsəd hazırkı vəziyyətdən çıxmaqdır. Sonra çempionat haqqında düşünə bilərik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam