Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“BU GÜN YAP PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYİR” –Hakim partiyanın qurucularından olan sabiq deputatdan şok açıqlama

             Eldar Sabiroğlu: “YAP-ın siyasəti dövlətin və prezidentin bəyan etdiyi  kursla uyğun gəlmir”

Yenixeber.org: Ölkədə bir çox qanunsuzluqların, o cümlədən də seçkidə baş verən saxtakarlıqların arxasında hakim Yeni Azərbaycan Partiyası (YAP) dayanır. Təsadüfi deyil ki, parlamentin buraxılmasına səs verən deputatların böyük əksəriyyəti növbədənkənar seçkilərdə yenə YAP-ın siyahısı ilə namizədliyini irəli sürdülər və yenidən “deputat” oldular. Əslində, bu, o deməkdir ki, hakim partiya prezidentin islahatlarına “çidar” vurur. Yəni köhnə zehniyyətə malik YAP islahatların qarşısını alır.

Bu baxımdan, YAP-ın ya tamamilə yenilənməsinə, ya da köhnə zehniyyətə alternativ hakim partiya formalaşdırılmasına ehtiyac var. Çünki düşünürük ki, qanunsuzluqların, o cümlədən də seçkidə baş verən saxtakarlıqların arxasında dayanan hakim Yeni Azərbaycan Partiyasının ləğvi dövlətimiz, xalqımız, elə ölkə başçısının özü üçün də əhəmiyyət kəsb edər. Maraqlıdır ki, YAP-ın ölkədəki islahatların qarşısını alması ilə bağlı Yeni Azərbaycan Partiyasının yaranmasında xidmətləri olmuş, məhur “91-lər”dən olan, keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu nə düşünür?

“İş o yerə çatıb ki, adamı öz doğmalarının gözü qarşısında oğurlayıb, aparırlar”

Картинки по запросу "Eldar Sabiroğlu"

Suallarımızı cavablandıran E. Sabiroğlu dedi ki, bu suala cavab vermək onun üçün cox çətindir: “Etiraf edirəm ki,  ağlımıza gəlməyən təhlükəni bizim başımıza aça bilərlər. Mən ailə üzvlərimdən narahatam. Təsəvvür edin,  iş o yerə çatıb ki, adamı öz doğmalarının gözü qarşısında oğurlayıb, aparırlar. Bir neçə gün əvvəl, Rüfət evə daxil olmaq istərkən qızımın və azyaşlı nəvəmin  yanındaca mülki geyimli polislər tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılması dediklərimizə əyani sübutdur. Bilirsiniz, bu, nə deməkdir? Yəni “özünü yaxşı aparmasan, gecənin birində evinin içindən səni götürə bilərik”. Belə bir təhlükə artıq həyatımızın içərisinə daxil olub və bu da insanları ciddi təşviş içərisində saxlayır”.

“Dövlət başçısının nüfuzuna böyük zərbə vururlar”

E. Sabiroğlunun sözlərinə görə, YAP-ın siyasəti bu gün dövlətin və prezidentin bəyan etdiyi kursla uyğun gəlmir: “Qəbul etməyə bilərlər, lakin mövcud vəziyyət bunu aşkar göstərir. Bu gün bu partiya prezidentin əleyhinə daha çox işləyir. Yeri gəldi-gəlmədi təriflər söyləmək, bayağı dəstək verməklə dövlət başçısının nüfuzuna böyük zərbə vururlar. YAP-ın aparıcı funksionerləri bu gün başları üzərindən Heydər və İlham Əliyevlərin portretlərini asaraq öz şəxsi maraqlarının həyata keçməsi üçün daha çox əmək sərf edirlər, nəinki dövlətin və prezidentin siyasətinin müdafiəsi məqsədilə hansısa önəmli işin peşindədirlər”. 

“Bu günün özündə yolu dəyişərlərsə,  xalqı yanlarına qaytara bilərlər”

E. Sabiroğlunun fikrincə, çox yaxşı olardı ki, hakimiyyət özü bir sorğu keçirib, hər gün efirlərdə olan bir sıra YAP üzvlərinin sayəsində nə qədər nüfuz itkisinə məruz qaldığını araşdırsın: “İctimai rəylə hesablaşmağın zamanı ötürülsə də, bu günün özündə yolu dəyişərlərsə,  xalqı yanlarına qaytara bilərlər. Ancaq bunlardakı təkəbbür, aşırı dərəcədə özündənrazılıq hissi cəmiyyət üzvləri ilə ünsiyyəti dərinləşdirməyə imkan vermir. Daha dərinə getmək istəməzdim. YAP-da və hökumət orqanlarında elə adamlar var ki, onlar gözləyirlər ki, mən Heydər Əliyev,  İlham Əliyev və Mehriban Əliyeva barədə hər hansı kəskin mövqe nümayiş etdirim və bunun bədəlini mənə ödətdirsinlər. Onlara bu fürsəti verən deyiləm və xainlər bunu məndən gözləməsinlər”.

Zamir NUR, Hurriyyet.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam