Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

RUSİYA ANALİTİKİ QAZAXISTANI HƏRBİ İŞĞALLA HƏDƏLƏDİ: “Nur-Sultan Rusiya və Çinin tank tırtılları arasında seçim etməli olacaq” – Müsahibə

Rus analitiki Dmitri Verxeturovun Rusiya-Çin-Qazaxıstan münasibətləri haqda Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 Yevgeniya Kim

regnum.ru, 25.06.2019

 

-Qazaxıstanın xarici siyasəti ilk prezident Nursultan Nazarbayevin və varisi Qasım-Jomart Tokayevin dönəmində nə qədər fərqlənəcək?

-Qazaxıstanın yeni başçısı iki səbəbdən çoxyönlü xarici siyasət aparacaq. Birincisi – onun özü dəfələrlə bildirib ki, ilk prezident Nursultan Nazarbayevin kursunu sürdürəcək.

İkincisi – o, təcrübəli diplomatdır və çox gözəl anlayır ki, Rusiya, Çin, ya da Avropa olsun, hansısa bircə xarici gücə yön ala bilməz. Ölkə çox və ya az dərəcədə xarici tərəfdaşların hamısından asılıdır, prezident buna görə də münasibətlərin tam bir sistemini quracaq.

-Moskva və Nur-Sultanın münasibətlərində bir sıra həll edilməmiş məsələlər var idi. Məsələn, Qazaxıstanın Krım üzrə mövqeyi sonadək aydın deyil. Bu məqamlar dialoqun davamı üçün nə qədər önəmlidir?

-Moskvanın yeni prezidentdən “istəkləri”nə gəlincə, bu sualı bir neçə hissəyə bölməyi təklif edirəm. Krım və Qazaxıstanın mövqeyinə toxunan brinci hissə. Təbii, Moskvanın fikrincə, Nur-Sultan ən yaxın müttəfiq kimi, yarımadanı Rusiyanınkı saymalı idi. Və bunu indiyədək etməmək Kremldə müəyyən şəxslər qrupunu rahatsız etməyə bilməz. Bununla bağlı qanunauyğun sual doğur: qarşılıqlı münasibətlər ciddi pisləşərsə, Qazaxıstan kimin tərəfində çıxış edəcək? Axı AİB, KTMT və ŞƏT üzrə müttəfiq hətta Krımla bağlı durumda da susmağa üstünlük verərsə? O öz öhdəlikərini yerinə yetirərmi, yoxsa başqa öhdəliklərlə pərdələnər və qıraqda qalmağa üstünlük verər?

Moskva və Nur-Sultanın cari münasibətlərində anlaşılmazlıq var. Və, təbii, Rusiya rəhbərliyi Qazaxıstan hökumətinin mövqeyini özü üçün aydınlaşdırmaq istəyir. Başqa məsələlərə gəlincə – 30-cu illər aclığı mövzusunu tərpətmək və Qazaxıstanın latın əlifbasına keçidi – burada Ukrayna hadisələri ilə çox aydın paralellər aparılır. Kiyevdə də Maydan 2000-ci illərin sonundan tərpədilən və on ildən sonra zirvəyə çatan “acından qırma” mövzusundan başlanıb. Bu mövzu maydanın növbəti dönüşü üçün ideoloji bazis olub. Moskvada bütün variantları hesablayırlar və əlverişsiz ssenarilərdən biri Qazaxıstanda Ukrayna maydanı, ya da buna bənzər nəyinsə başlana biləcəyi qəbul olunur. Qaldı ki latın əlifbasına keçməyə, bu, daha çox daxili məqamdır. Amma bu da ümumi yük kimi ümumi təəssüratı gücləndirir ki, Qazaxıstan hökuməti Rusiya ilə ittifaqı saxlamaq istəmir.

-Moskva və Nur-Sultan arasında münasibətlərin dəyişdiyi hansı əlamətlərdən görünəcək?

-İnformasiya məkanında Qazaxıstan-Rusiya münasibətlərinə dair əhvali-ruhiyyə və niyyətləri qismən əks etdirə biləsi bir neçə mövzu var. Bu, Krım, Suriyada savaş, “acından qırmaq”, latın əlifbasına keçiddir. Moskva bu mövzuların informasiya işıqlandırılımasının necə biçimləndiyinə görə qismən nəticəyə gələ bilər ki, Qazaxıstan həlledici anda müttəfiq kimi qopa bilər. Bu, avtomatik bildirir ki, Nur-Sultan etibarsız tərəfdaş kimi qalır.

-Qazaxıstanın belə mövqeyi cari münasibətlərə, yoxsa Rusiyanın maraqlarına hansısa konkret ziyan vurur?

-Ciddi deyilsə, xeyr. Amma bununla belə, cari münasibətlərdə bundan az ağır təəssürat buraxır.

-Qazaxıstanın yeni prezidenti bu məsələlərə aydınlıq gətirə bilərmi?

–İstəsə, gətirər. O, çox bacarıqlı diplomatdır və anlaşa bilir. Amma onun konkret nə edə, ya da deyə biləcəyini proqnozlaşdırmağa girişmərəm. Hər halda anlamaq gərəkdir ki, Krım məsələsi ikicəhətlidir. Bir yandan, Moskvanın müttəfiqi olan Qazaxıstanın Krıma görə Rusiya ilə açıq qarşıdurması sərfəli deyil. O biri yandan, Nur-Sultan Rusiyanı dəstəkləyərsə, ABŞ və Avropa Birliyi ölkələrinin “sanksiyaları” altına düşə bilər. Bu da ağrılı olacaq.

Ümumiyyətlə, belə məsələlərdə aralıq mövqe tutmaq çox çətindir. Və Qasım-Jomart Tokayev bu məsələni qaldırarsa, Qazaxıstanın bütün tərəfləri qane edən mövqeyini aydınlaşdırmaq və bu zaman mühüm itkilərə düçar olmamaq üçün ondan bütün diplomatik məharət tələb olunacaq.

-Qazaxıstan prezidenti xidməti borca görə Çinlə uzun müddət işləyib, bu, ölkənin ÇXR-lə tərəfdaşlığına necə təsir edər?

-Bəli, Qazaxıstan Tokayevin dönəmində hiss olunacaq dərəcədə Çinə sarı dönəcək. Bu, prezidentin təkcə şəxsi zövqündən deyil, həm də bəzi obyektiv şeylərdən irəli gəlir. Məsələn, ticari-iqtisadi sektorda göstəricilər artdığına görə.

-Belə bir yaxınlaşma Moskva üçün əlavə qıcıqlandırıcı ola bilərmi?

-Qazaxıstan və Çin yaxınlaşdığına görə, əlbəttə, sözdə ifadə olunan narazılıq ola bilər. Amma, prinsipcə, Rusiya belə məsələlərə rasional yanaşır və anlayır ki, birincisi, bu, məcburi yaxınlıqdır, ikincisi isə, indiki mərhələdə Rusiya və Çin də müttəfiqdirlər, dünyada durumun gərginləşməsi də onların yaxınlaşmasına səbəb olur.

Bu ittifaq haqda hələ rəsmən elan olunmasa da, de-fakto var. Buna görə də Qazaxıstanın Çinə münasibətdə siyasəti anlayışla qarşılanır.

-Moskva Qazaxıstana görə hansı halda daha sərt mövqe tuta bilər?

-Qazaxıstan münasibətləri üzsə, qarşı tərəfə dönsə və ancaq ABŞ və Qərb ölkələrilə əməkdaşlığa başlasa. Rusiya və Çinin acığına. Belə bir variantda hər şey hamı üçün çox pis qurtara bilər. Ta hərbi müdaxiləyə qədər. Bu təhlükəlidir. Və ancaq Qərblə yaxılaşmağı təklif edən millətçi vətənsevərlər hansı yüksəkgərginlikli kabeldən yapışdıqlarını başa düşmürlər. Axı məsələ gerçəkdən Qazaxıstanın Rusiya və Çin qoşunları tərəfindən işğalı ilə qurtara bilər.

Soruşarsınız ki, niyə belə sərt? Ona görə ki, Türkmənistandan Çinə ana qaz borusu (“Mərkəzi Asiya-Çin” qaz magistralı üç qanadı birləşdirir və Türkmənistan, Qazaxıstan və Özbəkistan üzərindən salınıb-Regnum İA) Qazaxıstan ərazisindən keçir. Və uyğun olaraq, amerikalılar və Amerika qoşunları Qazaxıstanda görünsələr, bu, Rusiya və Çinin təhlükəsizliyinə ciddi zərbə vurar. Moskva və Pekinin reaksiyası da uyğun olacaq.

Bu həmin hərbi-siyasi analizdir ki, haqqında danışmaq məqbul deyil, amma nəzərə almaq gərəkdir.

Buna görə də latın əlifbası ilə dilxoşluq etmək və bu zaman başqa hərflərlə yazarkən onları “qərbçi” sayacaqlarını düşünmək gülməlidir. Bu ən pis ssenaridə Rusiya-Çin işğalına gətirə bilər.

Vurğulayım ki, bu əlverişsiz variant Qazaxıstanın xarici siyasət vektoru kəskin dəyişildiyi zaman mümkündür. O zaman Rusiya və Çinin indiki müttəfiqi tank tırtılları arasında seçim etməli olacaq. Hansının onlara daha çox xoş gələcəyindən anlayışım yoxdur.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam