Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qarabağ Komitəsinin “barıtı” bitdi?

Tural Abbaslı: “Komitənin son 2 həftədə görünməmə səbəbi...”

Yenixeber.org: Qarabağ Komitəsi son bir ayda passiv duruma düşüb. Ötən il 29 sentyabrda keçirdiyi Qarabağ mitinqindən sonra ölkə daxilindəki siyasi proseslərdə əsas qurum kimi önə çıxan təşkilatın qəfil çökdüyü təəssüratı yaranır.

Xüsusilə qurumun fəaliyyəti ən çox ötən ayın 25-nə təyin edilən və həmin tarixdə keçirilən “Müxalifətin zirvəsi” toplantısına görə zəiflədi. Sanki bütün diqqətlər zirvə toplantısının möhtəşəm keçirilməsinə yönəldildi və nəticədə Qarabağ Komitəsi kölgədə qaldı. Bundan əlavə, komitənin təsisçilərinin tam əksəriyyəti fəaliyyətini daha çox “Müxalifətin zirvəsi” adı altında nəzərdə tutulan hərəkatın yaradılmasına yönəldib ki, bu da komitənin ümumi fəaliyyətinə təsirsiz ötüşmür. Digər tərəfdən, komitənin 24 noyabr və 15 dekabra planlaşdırdığı mitinqlərə icazə verilməməsi də burada az rol oynamır.

Qarabağ Komitəsinin dönəm sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Düşünmürəm ki, Qarabağ Komitəsinin fəaliyyəti zəifləyib və ya görünmür. Tam əminliklə deyə bilərəm ki, Qarabağ Komitəsi son zamanlar formalaşan ən güclü birliklərdən biridir. Hətta baxmayaraq ki, komitə siyasi birlik deyildi və heç Qarabağın azadlığı istiqamətindən başqa bir siyasi iddia irəli sürmürdü, bununla belə, artıq illərdir ki, siyasi passivlik hökm sürən müxalifət arenasında belə canlanma yaratdı. İllərdir adı belə çəkilməyən partiya və şəxslər yenidən görünməyə və danışmağa başladılar. Müxalifət daxilində çox böyük bir hərəkətlilik başladı. Deyə bilərəm ki, bu tendensiya hələ də davam edir. Yəni Qarabağ Komitəsi hələ də kifayət qədər aktivdir və Qarabağ uğrunda mübarizəsini əzmlə davam etdirir. Mitinqlər məsələsinə gəldikdə isə, əvvəla, onu qeyd edim ki, komitə 2013-cü ildən sonra ən böyük və izdihamlı mitinqin müəllifi oldu. Bu da bir çox dairələri, o cümlədən həm iqtidarı, həm də müxalifəti ciddi narahat etdi. Bu möhtəşəm mitinqdən sonra hakimiyyət dünənə qədər istənilən partiyaya istənilən mövzuda çox rahatlıqla mitinq keçirmək üçün icazə verdiyi ”Məhsul" stadionunu Qarabağ Komitəsinin üzünə qapatdı. Belə ki, ondan sonra bizim bir neçə mitinq müraciətlərimizə imtina ilə cavab verdilər. Təbii ki, bu qeyri-qanuni imtina qərarlarını komitə olaraq məhkəmə vasitəsilə mübahisələndiririk və şikayətlər apelyasiya mərhələsindədir. Ancaq bu mövzuda cəmiyyətdə və mətbuatda yanlış olan mövqe ondan ibarətdir ki, Qarabağ Komitəsinin əsas işini ancaq mitinq keçirməkdə görürlər. Biz isə komitənin fəaliyyətini ancaq mitinqlərlə məhdudlaşdırmağın tərəfdarı deyilik. Hətta keçən ilin son iclaslarında komitənin 2019-cu il üçün fəaliyyət istiqamətlərini özündə əks etdirən fəaliyyət planı sənədini qəbul etdik. O sənədə nəzər yetirsəniz görərsiniz ki, mitinqlərin keçirilməsi bizim işimizin, sadəcə, istiqamətlərindən biridir. Həmin sənəddə komitənin ən azı bir il müddətində görməyi planlaşdırdığı çox geniş şaxəli fəaliyyətlər öz əksini tapıb. Həmçinin nəzərə alsaq ki, ilin sonu idi və bayramlarla əlaqədar olaraq bütün sahələrdə olduğu kimi siyasi arenada da fəaliyyətlər nisbətən passivləşmişdi, o zaman komitənin son 2 həftədə görünməmə səbəbi də tam aydın olar".

T.Abbaslı “Müxalifətin zirvəsi”nin komitənin fəaliyyətini zəiflətdiyini düşünmür: “Düşünmürəm ki, son zamanlar siyasi gündəmin əsas müzakirə mövzusu və hadisəsi olan müxalifətin geniş birliyi və ya müxalifətin hərəkatı Qarabağ Komitəsinin fəaliyyətini zəiflədib. Mən, ümumiyyətlə, bu iki birliyin bir-biri ilə qarışdırılmasının və ya rəqabətdə göstərilməsinin tam əleyhinəyəm. Çünki Qarabağ Komitəsi ancaq və ancaq Qarabağ mövzusu ilə məşğul olan, heç bir siyasi hədəf güdməyən qeyri-siyasi birlikdir. Yaranacaq olan müxalifətin birgə hərəkatı isə konkret hədəfləri olan və bunu açıq bəyan edən siyasi həmməqsədli yaradılan bir birlik modelidir. Bəli, komitədə olan bir çox partiya və şəxslər hərəkatda da var, ancaq bu o demək deyil ki, bunlar eyni qurumdurlar. Bəlkə haradasa onu da qəbul etmək olar ki, Qarabağ Komitəsinin yaratmış olduğu siyasi hərəkətlilik bu hərəkatın yaradılması fəaliyyətini də hansısa formada stimullaşdırdı. Ancaq bu qədər, bundan artığını iddia etmək üçün heç bir əsas yoxdur. Hərəkatın yaradılması İsgəndər Həmidov tərəfindən irəli sürülən və bir çox siyasi partiya və cəmiyyət tərəfindən də müsbət qarşılanan bir təşəbbüsdür. Yeri gəlmişkən, bu təşəbbüs də cəmiyyətdə ciddi silkələnmə yarada bilib və insanların siyasi aktivliyini xeyli artırıb. Hətta onu da qeyd edə bilərəm ki, bu təşəbbüsdən sonra illərdir ki, hazırkı siyasi status-kvo ilə artıq çoxdandır razılaşmış bəzi partiyalar da rəqabətdə geridə qalmamaq üçün hərəkətə keçib. Qoy keçsinlər. Bu, bizi ancaq sevindirir. Çünki inkişaf ancaq sağlam rəqabət olan yerdə mümkündür. Siyasi səhnədə rəqabətin artması isə yalnız cəmiyyət maraqlarına xidmət edəcək. Əminəm ki, hakimiyyət artıq bu olanları analiz edib və düşünməyə başlayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam