Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“AZƏRBAYCANDA ELƏ TERROR AKTLARI TÖRƏDİLƏRDİ Kİ…” –Namazovdan 20 il əvvəlki istefası haqda ŞOK açıqlamalar

Eldar_Namazov_Modern_7

“İstefam da Azərbaycana çox böyük təhükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Azərbaycanda elə terror aktları törədilərdi ki…”

Yenixeber.org: Bunları Prezident katibliyinin sabiq rəhbəri, Prezidentin eks-köməkçisi (1993-1999-cu illərdə) Eldar Namazov “Modern.az” saytına geniş müsahibəsində 1999-cu ildəki istefası ilə bağlı sualı cavablandırarkən deyib.

E.Namazov çox güman ilk dəfə bildirib ki, onun, xarici işlər naziri Tofiq Zülfüqarovun və dövlət müşaviri Vəfa Quluzadənin istefası Azərbaycanda “qanlı hadisələrin” qarşısını alıb.

“Əslində mən iki dəfə istefa ərizəmi yazmışam. Birinci dəfə real istefamdan təxmini bir il əvvəl olmuşdu. Onda Qarabağ məsələsi ilə bağlı deyildi. O zaman istefam reallaşmadı, çünki o zaman prezident ağır xəstələndi. Gülhanəyə getdi, müalicə olundu, sonra Kremlə yola düşdü. Onda mən niyyətimi bildirə, istefa ərizəmi təqdim edə bilməzdim, çünki xəstə idi. Gözləyirdim ki, müalicəsi bitsin, tam bərpa olunub işə başlasın. Elə də oldu. Uzun müalicədən sonra Heydər Əliyev Bakıya qayıtdı. Əvvəlki kimi mən də bütün vəzifələrimi yerinə yetirirdim. Tam bərpa olunandan sonra Qarabağla bağlı məqamlar yetişdi. O zaman tək mən deyil, rəhmətlik Vəfa Quluzadə, Tofiq Zülfüqarov da istefa verdik. O istefam da Azərbaycana çox böyük təhlükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Onda bizim istefamızdan bir müddət sonra İstanbulda ATƏT-in sammiti keçirildi. Sammitin qərarlarında var ki, burada Qarabağla bağlı bəzi məqamlar həll edilməli idi. Azərbaycanda üç vəzifəli şəxsin istefa verməsi və İrəvanda parlamentdə güllələnmə hadisəsi bunun qarşısını aldı. Həmin təhlükəli proseslərlə bağlı iki hadisə baş verdi. Azərbaycanda könüllü şəkildə 3 vəzifəli şəxs istefaya getdi. Ermənistanda isə Robert Koçaryandan savayı bütün ölkə rəhbərliyini qırdılar. Hadisələr elə inkişaf edə bilərdi ki, əksinə ola bilərdi. Azərbaycanda elə terror aktları törədilərdi ki… Şəxsən mən hesab edirəm ki, vəzifə, kürsü çox xırda məsələdir. Dövlət üçün təhlükəli olan prosesin qarşısı alınıbsa, kiminsə vəzifəsi kimi nüanslar çox xırda məsələdir. Hesab edirəm ki, biz həmin vəziyyətdən çox az itkilərlə çıxdıq”, – E.Namazov danışıb.

Prezident katibliyinin sabiq rəhbəri bildirib ki, istefasından sonar Heydər Əliyevdən daha yüksək vəzifə təklifləri də alıb, lakin razılaşmayıb: “Bundan sonra Heydər Əliyev mənə təklif göndərdi ki, vəzifəyə qayıdım. Hətta daha böyük vəzifə təklif olundu. Müxtəlif obyektiv və subyektiv səbəblər var idi. Bildirdim ki, artıq vəzifədən getmişəm, ictimai fəliyyətə öyrənmişəm və bu yolda addımlamaq istəyirəm. Tofiq Zülfüqarov dəvət oundu və səfir kimi fəaliyyətinə davam etdi. Heydər Əliyev tədbirlərdə görəndə, jurnalistlər qarşısında da sual verirdi ki, niyə getdin?”

E.Namazov xatırladıb ki, onların istefası ATƏT-in İstanbul sammitinin qərarlarında öz əksini tapıb: “Əgər xarici siyasətlə bağlı olan 3 adam dalbadal istefaya gedirsə, o istefalar ATƏT-in sammitinin qərarlarında vacib amil kimi qeyd olunursa, deməli burada ciddi səbəblər var. Elə məsələlər var ki, bunlar dövlətçiliklə bağlıdır. Ona görə, dediyim kimi, siyasətçilər və dövlətçilər var. Siyasətçilər belə bir fürsətdən istifadə edib, qalmaqallı müsahibələr, “informasiya bombaları” “partlatmaq” və s. edə bilərdi. Amma bizim yanaşmamız dövlətin maraqları olduğuna görə, elə addım atdıq. Biz millət olaraq, dövlət olaraq, çox az itkilərlə vəziyyətdən çıxa bildik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam