Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Eybəcəriklə məşğul olanlar Rüfət Aslanlını hədəfə alıblar” –Nazim Bəydəmirli

 

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

 


“Direktorların Şurasının ləğvi operativliyin təmin olunması, bürokratiyanın azaldılması ilə bağlıdır


 

Yenixeber.org: Hökumətin iqtisadi blokuna maliyyə bazarında çaxnaşma yaranan dövrdə, manatın can verməkdə olduğu ərəfədə yeni bir qurum daxil oldu. “İqtisadi ailə”nin yeni üzvü olan Maliyyə Bazarlarına Nəzarət Palatasını öz işinin öhdəsindən lazımınca gələ bilməyən Mərkəzi Bank və Maliyyə Nazirliyinə alternativ qurum kimi təqdim edirdilər.

MBNP-nın sədri Rüfət Aslanlı da yeni simaydı və ondan maliyyə-bank sistemində ciddi şəkildə reformalar həyata keçirəcəyi gözlənilirdi. Bu hadisələrdən iki il ötüb, ölkədə 45 bankdan 30-u qalıb, bəziləri bir strukturda birləşib, manat üzən məzənnədə “üzməkdədir” və bu günlərdə qəflətən MBNP-nın Direktorlar Şurası ləğv edilərək İdarə Heyəti təsis olunur.

Çox keçmir ki, deputat Vahid Əhmədov açıqlama verərək R.Aslanlını fəaliyyətsizlikdə ittiham edir, onu çaxır buraxdırmaqda, özünə 65 min manat maaş yazdırmaqda günahlandırır. Və yalnız yeni rəhbərliyin – İbrahim Alışovun gəlişindən sonra bu sektorda müəyyən dirçəliş müşahidə olunduğunu bildirir.

Belədirmi? R.Aslanlı niyə “vuruldu”? Maliyyə Bazarlarına Nəzarət Palatası ona olan etimadı doğrulda bilmədimi? Suallarımızı iqtisadçı-alim, sabiq millət vəkili Nazim Bəydəmirliyə ünvanlamışıq. Onun müsahibəsini təqdim edirik:


Sabotajın, qara piarın önündə gedən bəzi QHT-lər və media oldu”


 

–  Nazim müəllim, bu qurum həqiqətən gözləntiləri doğrultmadı yoxsa bilmədiyimiz başqa səbəblər var ki, Direktorlar Şurası ləğv olundu?

– Son günlərdə kökündən yanlış məlumatlar informasiya məkanına ötürülür, ayrı-ayrı adamlar bilmədikləri mövzudan danışırlar. Əslində, Rüfət Alsanlı kifayət qədər səriştəli, maliyyə-bank sistemində bacarıqlı kadrdır. Ona dəstək olmaq lazım idi, amma görünür ki, burda başqa mətləblər var.

Əvvəla, bu qurumun yaradılmasında əsas məqsəd nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı idi. Eyni zamanda bu qurumun kölgə iqtisadiyyatına ciddi zərbə vurmaq, onun meydanını daraltmaq məqsədi ilə atdığı addımlar ilk aylarda sabotajla qarşılandı. Çox təəssüf edirəm ki, sabotajın önündə gedən bəzi QHT-lər və media oldu.


“Dünya maliyyə bazarlarında vəsaitlərin 90 faizi nağdsız hesablaşma üzərindən həyata keçirildiyi halda, bizdə bu rəqəm heç 20 faizi keçmir


 

 – QHT və medianın öndə getməsinin səbəbi nə idi?

–  Səbəb çox sadə idi: onlar büdcədən maliyyələşirlər, qrantlar alırlar, sübut etmək istəyirdilər ki, otkat verirlər, guya ayrılan vəsaitləri düzgün xərcləyə bilirlər. Nəticə etibarı ilə bu istiqamətdə Rüfət Aslanlının atdığı addımlar, reformalar ciddi təpki ilə qarşılandı.

Cəmiyyətə bir mesaj ötürüldü ki, guya bacarıqsızdır. Amma tam əksinə, Maliyyə Bazarlarına Nəzarət Palatası düzgün istiqamətdə işləyir.

İkincisi, Mərkəzi Bankla bu qurumun funksiyaları fərqlidir, sadəcə, başı çıxmayanlar uzun-uzadı bu mövzuda mənasız şərhlər verirlər.

Hazırda dünya maliyyə bazarlarında vəsaitlərin 90 faizi nağdsız hesablaşma üzərindən həyata keçirildiyi halda, bizdə bu rəqəm heç 20 faizi keçmir. Həmin jurnalistlər və QHT-lər də qara piar kampaniyası aparmağa başladılar, bəzi deputatlar da onlara qoşuldular.

Bununla da əslində, ölkə başçısının “Nağdsız ödənişlərin stimullaşdırılması” barədə sərəncamını, maaşların nağdsız verilməsini unudurlar.

Halbuki, kölgə iqtisadiyyatı ilə bağlı mübarizə aparmaq, şəffaflığın təmin olunmasında fəal olmaq elə Rüfət Aslanlıya qarşı hücuma keçən QHT-lərin işidir. Çünki bu qurum şəffaflığın artırılması ilə məşğul idi.

Bundan əlavə, bankların yalançı maaş arayışları ilə istehlak kreditlərini süni şəkildə şişirdərək vətəndaşlara təqdim etməsi bu gün minlərlə vətəndaşı acınacaqlı duruma salıb, QHT və media isə bunu gözardı edərək, bank sektorunda yaranmış bu problemə qarşı effektiv iş aparan quruma qara yaxmaqla məşğuldurlar.

–  Yəni, hesab edirsiniz ki, bu təşkilatların, QHT-lərin fəaliyyətində qeyri-şəffaflıq olduğu üçün “qara məni basınca” prinsipinə uyğun Rüfət Aslanlıını hədəfə almışdılar?

–  Bəli, bütün bunlar müxtəlif oliqarx məmurların və onların lobbiçilik etdikləri şəxslərin maraqlarından irəli gəlir. Rüfət Aslanlı onların qabağına qanuni sədd qoymuşdu, iqtisadiyyatın şəffaf olmasına gətirib çıxarırdı.

Biz istəyiriksə Gürcüstanda kimi şəffaf sistem yaradaq o zaman bu quruma dəstək lazım idi. Ancaq onun qarşısını almağa cəhd edildi. Məcburi ödənişlərin toplanmasında, vergilərin toplanmasında şəffaflıq olmalıdır. Ancaq əksinə, kölgə iqtisadiyyatını simtullaşdırmaqdadırlar.

– O zaman nəyə görə Direktorlar Şurası ləğv edilərək İdarə Heyəti yaradıldı?

– Çox güman ki, Direktorların Şurasının ləğvi operativliyin təmin olunması, bürokratiyanın azaldılması ilə bağlıdır. Müşahidə Şurasının toplanmasında və qərarların verilməsində operativlik təmin olunmaya bilər.

Hərçənd ki, bu qurum inzibati funksiya daşıyır, Müşahidə Şurasının yaradılması harda zəruridir, orda reallaşmır. Məsələn, AZAL, “Azərsu” və bu kimi qurumlarda Müşahidə Şurası yaradılmalıdır.

Çünki çoxmilyardlıq layihələrin xərclənməsi ilə bağlı onların menecerlərinin, prezidentlərinin üzərində Müşahidə Şurası olmalıdır. Palata isə inzibati orqandır. Sadəcə, İdarə Heyətinin yaradılması qərarların ləng qəbulu ilə bağlıdır.

– Bundan sonra Rüfət Aslanlı “erası”nın bitdiyini söyləmək olarmı?

– Güman eləmirəm ki, belədir. Rüfət Aslanlı təcrübəli, aparıcı mütəxəssisdir. Sadəcə, KİV və bəzi millət vəkilləri bir kadrın üzərinə fokuslaşıblar.

Burda məsələnni mahiyyəti ondna ibarətdir ki, gənclər fondları, QHT və mediya dəstək fondları, həmin pul paylayanlar çoxsaylı otkat alırlar, Rüfət Aslanlının rəhbəri olduğu qurum da onlara qarşı mübarizə aparırdı.

Məsələn, bir təşkilata 10 min qrant verilir, amma bilirik ki, 50 faizi geri alınır, yaxud ildə 3-4 nüsxəsi çap olunan qəzetə hər il bir neçə dəfə pul ayrılır. Yəni, eybəcəriklə məşğul olan adamlar Maliyyə Bazarlarına Nəzarət Palatasını, Rüfət Aslanlını hədəfə alıblar.Emil Salamoğlu / AzEuroNews.com /


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam