Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

Rəsul Quliyevlə “atüstü” söhbət:“Ukrayna Azərbaycan deyil; onun son damla qanına qədər vuruşa bilən millətçiləri var”

 

Putinlə Trampın Helsinkidəki görüşü bütün dünyanın diqqət mərkəzində idi. 4 saat çəkən görüşdən sonra liderlər keçirdikləri mətbuat konfransında nikbin açıqlamalar verdilər. Hətta Tramp açıq şəkildə bildirdi ki, iki dövlət arasında gedən yeni soyuq savaş artıq arxada qaldı. Bu, nə deməkdir? ABŞ ilə Rusiya arasındakı əzəli rəqabətə son qoyulacaqmı?

Yenixeber.org: Eks-spiker Rəsul Quliyevin Ovqat.com-a “atüstü” müsahibəsini təqdim edirik:

-Salam, Rəsul müəllim. ABŞ prezidenti Trampın rusiyalı həmkarı Putinlə Helsinkidəki görüşünü necə qiymətləndirirsiniz?

-Əslində bu mətbuat konfransı heç bir şeyə aydınlıq gətirmədi. Trampın nikbin cavablarının səbəbini anlamaq mümkün deyil. Faktiki olaraq nə Suriya, nə Ukrayna, nə də İran məsələsində razılıq əldə edilməyib. Və belə bir razılığın olmamasını Putin çox qətiyyətlə qeyd etdi.

-Bildiyimiz kimi, Trampın dünyanın bir çox ölkələrinə tətbiq etdiyi yeni gömrük vergisi siyasəti birmənalı qarşılanmamışdı. Bir çox inkişaf etmiş ölkələr, xüsusilə də Avropa İttifaqı Trampı bu vergi siyasətinə görə ciddi tənqid edirdilər. Hətta ABŞ şirkətlərinə və məhsullarına da eyni qaydada gömrük vergiləri qoyulmuşdu. Tramp isə bununla razılaşmır, həmin qərarı verən liderləri faşistlərə oxşadırdı. Bir çox müşahidəçilər Avropanın bu asiliyini cəzalandırmaq üçün ABŞ-ın Rusiya ilə əməkdaşlığa gedəcəyini və yenidən rus xofunu xortladacağını təxmin edirdilər. Helsinki görüşünü bu ehimalları doğrulayan addım saymaq olarmı?

- Avropa üçün Rus xofu yaratmaq artıq mümkün deyil. Rus xofu faktiki olaraq Sovetlərin ölməsi ilə aradan götürülüb. RF maksimum ətrafındakı Zaqafqaziya, Orta Asiya və Ukraynadan nəsə qoparda bilər, Qərbə keçə bilməz. Avropanın iki ölkəsində (Fransa və Böyük Britaniya) nüvə silahları və onun daşıyıcıları var və Avropa total hər il müdafiəyə 2 dəfə RF-dan çox pul xərcləyir. İngilislərin qırıcı təyyarələri, Fransızların helikopterləri, Almanların tanklarının keyfiyyətləri Rusiyadan qat-qat üstündür və Rusiyanı məhv edə biləcək dəniz hərbi qüvvələri mövcuddur. Bundan başqa, NATO əskər və zabitlərinin döyüş qabiliyyətləri ruslardan azı 3 dəfə yuxarıdır (bu, iki əsrdir həmişə belə olub), Qərbin qorxması daha çox ritorik qorxmaya bənzəyir.

-NATO-dan söz düşmüşkən, istər Obama, istərsə də Tramp administrasiyalarının Qərb ölkələrinə əsas basqılarından biri də bu alyans ilə əlaqədardır. ABŞ prezidentinin sözü olmasın, son 4 saat əvvələ qədər də bu təzyiqlər davam edirdi. Helsinki görüşündən sonra keçirilən mətbuat konfransında Tramp bildirdi ki, iki ölkənin hərbçiləri siyasilərindən daha rahat anlaşa bilirmişlər. Bunu Putin də təsiqlədi. Sözügedən qarşılıqlı etiraflar iki ölkə arasındakı hərbi rəqabətə son qoymaq mesajı təsiri bağışlayırdı. Sizcə, bundan sonra NATO-nin taleyi necə olacaq?

 - Bu, ancaq Suriya ilə əlaqədar söylənildi. Yerdə qalan məsələlərə bu cümlələrin heç bir dəxli yoxdur.

-Brifinqdə Putinin bir sözü diqqəti cəlb etdi. Onun sözlərinə görə, Tramp Putinə Ukraynadan keçən qaz kəmərinin yox ola biləcəyindən narahat olduğunu bildirib. Putin isə isə ona söz verib ki, “bu xəttə zərər gəlməyəcək”. Necə fikirləşirsiniz, iki lider arasında görüşdə Ukraynanın yenidən Rusiyanın təsir dairəsinə qaytarılması müzakirə olunubmu? Rusiyanın Ukrayna ilə əlaqələrini yenidən bərpa edəcəyi nə qədər realdır?

- Ukraynanın yenidən Rusiyaya yaxınlaşması qeyri-mümkündür. Ukrayna Belarusiya və ya Azərbaycan deyil. Bu ölkədə son damla qana qədər vuruşa bilən millətçilər var və onları Rusiya artıq 2014-cü ildən ayağa qaldırıb. ABŞ-da prezident Rusiyadakı kimi hakimi-mütləq deyil. Tramp heç vaxt belə bir müzakirələr aparmağa risk etməz. Belə bir hadisə baş versə, konqresin reaksiyası çox kəskin olar, məsələ impiçmentə qədər gedib çıxa bilər.

-Liderlərin görüşünün əsas mövzularından biri də gözlənildiyi kimi, İsrail və Suriya problemi ilə bağlı olub. Açıqlamalardan belə anlaşılır ki, liderlər bu iki düşmən dövlət arasındakı konfliktlərin qarşısının alınması və əsasən İsrailə yardım edilməsi mövzusunda razılıq əldə ediblər. Problemin İsrailin lehinə həlli nəticə etibarilə İranın bölgədən çəkilməsi və təklənməsi mənasına gəlir. Sizcə, Putin Ukrayna qarşılığında İranı güzəştə gedə bilərmi?

-İrana qarşı ABŞ söylənilən sanksiyaları qoyacaqsa, İranın müdafiəsində  Rusiyanın rolu sıfıra bərabər olar. Ona görə belə bir alverin edilməsi ağılasığmazdır.

-Helsinki görüşündən əvvəl Almaniyanı Rusiyanın “Şimal axını-2” layihəsində iştirak etdiyinə görə sərt tənqid edən Tramp görüşdən sonra ritorikası xeyli yumşaltdı. Hətta “onlara gözəl şanlar dilədi”. Bunu Vaşintqonun “Avropanı rus qazı inhisarından qurtarmaq” siyasətindən geri çəkilməsi kimi qiymətləndirmək olarmı?

-ABŞ-ın bu görüşdən sonra atacağı addımları görmədən heç bir şey demək mümkün deyildir.

-Bildiyimiz kimi, TANAP da Avropanı rus qazı inhisarından xilas etmək üçün planlaşdırılmışdı. Ötən ay bu layihənin təmtəraqlı açılışı oldu. Gəlinən indiki nöqtədə TANAP-ın taleyi necə görünür?

 -TANAP elə də böyük proyekt deyil; qaz olarsa ən yaxşı halda Türkiyəyə ixrac olunacaq. TANAP-ın taleyi normaldır, təki qaz olsun.

-Yeri gəlmişkən, TANAP-ın açılışından bir neçə həftə sonra Azərbaycanda elektrik skandalı baş verdi. Mingəçevirdə bir yarımstansiyanın sıradan çıxmasıyla bütün Azərbaycan zülmətə qərq oldu. Mingəçevir qəzası Rusiyanın Azərbaycan rəsmilərinə “əvvəl özünə umaç tap, sonra özgələrə əriştə kəsərsən” mesajı ola bilərmi? Ümumiyyətlə, son zamanlar ölkəmizdə baş verən hadisələrdə “rus barmağı” ehtimalına necə baxırsınız?

 -Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur. Erməni ekstrimistlərinin əli ola bilər. Ancaq bu hadisələr, fikirimcə, hökümətin strateji planının olmaması ilə bağlıdır.

Söhbətləşdi: Heydər Oğuz

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar