Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

– Polkovnikdən biabırçı açıqlamalar -Kitabdan səhifələr

  Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və KİV-lərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. Kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir

Yenixeber.org: Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabdakişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb, qadınlar mühərriklə müqayisə edilərək aşağılanıb.
Məsələ ilə bağlı kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımo Unikal.org-a müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

 
Yazdıqlarınıza görə sizi təhqir edənlərə nə deyərdiniz?
-Mən Quran oxuyur, namaz qılıram. Düzdür, özümü dindar saymıram. Ancaq Allahın buyurduğu islam qaydalarına bacardığım qədər əməl edirəm. Mən kitabımda insanları islam əxlaqına səsləmişəm. Əsas məssəblərimdən biri bu olub. Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. Ürəyim sözlə doludur.
-Bəs maşın yağı ilə seksin nə əlaqəsi var?

 

-Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.

 
- Məlumat yayılıb ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabınızla bağlı sizi işdən azad edib. Bu barədə nə deyə bilərsiz?
 -Xeyir, vəzifəmdən azad olunmamışam. Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar.

  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam