Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Samir Abasov:"Hesabdan narazı deyiləm"

 

 

Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"lə 1:1 hesabı ilə heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib

 

Yenixeber.org: O, öncə oyun haqqında danışıb:

- Hava şəraiti iki komandaya da mane oldu. Hava çox isti idi. Futbolçular birinci hissədə boğulmuş kimi görünürdülər. Sevinirəm ki, bunun öhtəsindən gəldik. Buradan vacib xal ilə qayıdırıq. Qələbə qazanmaq istəyirdik. Bəzən nələrsə alınmır. Amma fikirləşirəm ki, istəyin və əməyin nəticəsində səfərdən bir xalla qayıda bilirik. Futbolçulara təşəkkür edirəm. Ötən tur "Səbail"ə uduzandan sonra oyunçularıma dedim ki, bu il bizim alnımıza yazılıb ki, axıra kimi mübarizə aparacağıq. İşimiz rahat olmayacaq. "Qəbələ" ilə matça hazırlaşacağıq. Son iki oyunumuz evdədir. Sözün düzü, bu böyük üstünlük deyil. Doğma meydanda "Səbail"ə məğlub olduq. Amma sona qədər çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq.

- Son oyunlarda "Sumqayıt"ın xal və xallar itirməsi, ictimaiyyət arasında müxtəlif fikirlər formalaşdırır. Belə ifadələr işlənir ki, "Sumqayıt" nağılı başa çatmaq üzrədir. Siz bu barədə nə düşünürsünüz?

- "Sumqayıt"ın adı bundan sonra yüksələcək. Çünki artıq "Sumqayıt"a güclü komanda kimi baxmağa başlayıblar. Bunu hamı görür. Bu oyunu misal götürək. Rəqibin futbolçuları oyunun çox hissəsini yerdə keçirirlər. Onlar bir xal götürməyə sevinirlərsə, bu da bizim komandanın üstünlüyüdür. Məncə, komanda bundan sonra daha da yaxşı olacaq. Avrokuboklara düşməyimiz də buna təkan verə bilər. Avropa Liqasında çıxış edə bilməsək, inanmıram ki, komandada nələrsə dəyişsin. "Sumqayıt"dan gedən futbolçular da ola bilər. Bu futboldur. Amma hələ ki, mən bu komandadayam. Mən inanmıram ki, "Sumqayıt" pis vəziyyətə düşsün. Əlimdən gələni edəcəyəm ki, komandadan gedənlər də olsa, komandanı daha da inkişaf etdirək.

- Hesabdan başqa, narazı qaldığınız məqamlar hansılardır?

- Çempionatın sonunda bir xalın da dəyəri var. Hesabdan və oyundan narazı deyiləm. Oyunçularıma demişəm ki, istək yaxşı bir şeydir. Amma çalışasan ki, düz oynayasan. Bəzi futbolçular var ki, səhvlər edirlər, düz oynamırlar. İlin sonu olduğuna görə, futbolçuların üstlərinə də getmək olmur. Dəyişikliklər də eləmək olmur. Bu gün 1 xal qazandıq. Hesabdan və oyundan narazılığım yoxdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam