Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Coşqun Əzimov:"Dünya Kubokunda ABŞ-a qalib gəlməyimiz üçün qanımdan keçdim" - VİDEO - MÜSAHİBƏ

 

 

ABŞ-da keçirilmiş Dünya Kubokundakı bütün görüşlərindən qalib ayrılan Azərbaycan sərbəst güləşçisi Coşqun Əzimovun müsahibəsi 

 

Yenixeber.org:

- Necə oldu ki, güləşi seçdiniz?

- Güləşə 2002-ci ildə gəlmişəm. Bu idman növünə İmişli şəhərində başlamışam. İdman zalında məşq edirdim. İlk məşqçim Qalib Şükürov olub. Onun sayəsində güləşi seçdim. Hər şey üçün ona minnətdaram. Məni güləşçi kimi o hazırlayıb.

- Dünya Kubokundakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Dünya Kubokunda rəqiblərimiz çətin komandalar idilər. İlk döyüşümüz Kubaya qarşı oldu. Öz görüşümü 7:3 hesablı qələbə ilə başa vurdum. Daha sonra qazaxıstanlı rəqibimi yendim. Ona əvvəlki 2 görüşümdə də qalib gəlmişdim. Uduzmamaq üçün çox həyəcanlanmışdım. Nəticədə rəqibimi vaxtından əvvəl 7:0 hesabı ilə məğlub etdim. Yarımfinalda monqolustanlı güləşçini 9:4 hesabı ilə uddum. Finalda isə rəqibimiz ABŞ güləşçiləri oldu. Onların idmançıları çox güclü idilər. Çempion olmağı çox istəyirdik. Ceyms Qrinlə görüşüm 4:4 hesabı ilə başa çatsa da, qələbə qazanan tərəf mən oldum. Bu görüş çox çətin oldu. Komandama çempion olmaq üçün xal lazım idi. Rəqibim son dünya çempionatlarının gümüş və bürünc mükafatçısı olsa da, mən öz üzərimə düşəni yaxşı yerinə yetirdim. Amma ABŞ-a 4:6 hesabı ilə uduzaraq, komanda hesabında ikinci olduq. Finalda bizə haqsızlıqlar çox oldu. Cəbrayıl Həsənovu uduzdurdular. Hacı Əliyevin isə zədəsi var idi. Çempion da ola bilərdik. İdmançılarımız zədəli olması və haqsızlıqlar bizi çempionluqdan etdi. Amma ruhdan düşmək lazım deyil. İkinci yer də yaxşı nəticə hesab olunmalıdır. Mən öz üzərimə düşəni etdim. 4 qarşılaşmanın hamısında qələbə qazandım.

- Ceyms Qrinlə son qarşılaşmada qaşınız açılsa da, görüşü davam etdirdiniz. Həmin an hansı hissləri keçiridiniz?

- Qaşım ikinci hissədə partladı. Mən də qanadığını hiss etdim. Amma mənim üçün qələbə çox vacib idi və yalnız bu barədə düşünürdüm. Qaşımın partlamağına baxmayaraq, mübarizəni davam etdirdim və sona qədər vuruşdum. Komandaya xal qazandırmaq lazım idi. Qalib olmağımız üçün qanımdan keçdim. Rəqibimi yendikdən sonra həkimlər qaşımı yapışdırdılar. Qələbə üçün olan zədələr insanın özünə də xoş gəlir. Zədə aldığın oyunda qələbə qazanırsansa, bu, sənə təsir etməməlidir. Ancaq qələbə haqqında düşündüm və istəyimə nail oldum.

- Həkimlər həmin an görüşü dayandırmağınızı istəmədilər?

- Xeyr. Qaşımın açılmağı görüşün sonların təsadüf etdi. Qarşılaşmanın bitməsinə 20 saniyə var idi. Çətin də olsa, qanlı-qanlı güləşdim. Sonda isə döşəyin ortasında uzandım. Çox sevinirdim, həm də yorulmuşdum. Görüşün bitməsinə 10 saniyə qalmış ABŞ idmançısı çox üstümə gəldi. Amma hesabı qoruyaraq, qələbəyə nail oldum. 

- Qarşıdan Avropa çempionatı gəlir. Rusiyanın Kaspiysk şəhərində keçiriləcək yarışa yollanma şanslarınızı necə dəyərləndirirsiniz?

- Azərbaycan Güləş Federasiyanın I vitse-prezidenti və millimizin baş məşqçisi Firdovsi Umudov həmin yarışda mənim güləşməli olduğumu söyləyib. Dünya Kubokunda yoxlanmaq üçün heyətə daxil olmuşdum. ABŞ-da özümü yaxşı tərəfdən göstərə bildim. Düşünürəm ki, Avropa çempionatına mən getməliyəm. Öz çıxışımla hamını inandırdım ki, çox güclüyəm.

 

- Dünya Kubokundakı uğurlu çıxışınız Avropa çempionatında iştirakınıza təkan verdi?

 

- Əlbəttə. Sanki mən həmin yarışa lisenziya qazanmaq üçün getmişdim. Yoxlanışdan isə yaxşı keçdim.

- Lakin çəkinizdə dopinq cəzasını başa vuran olimpiya çempionu Toğrul Əsgərovun da çıxış etməsi mümkündür...

- Toğrul bir müddət zədəli olduğu üçün güləşmirdi. Artıq məşqlərə başlayıb. Çox yaxşı formadadır. Əslində mən çıxış etməliyəm, amma son qərarı Firdovsi müəllim verəcək.

- Bəs olimpiadaya lisenziya yarışlarında hansı çəki dərəcəsində mübarizə aparacaqsınız?

- 70 kq çəki dərəcəsi olimpiadada yoxdur. Gələn ildən güləş qaydalarında dəyişikliklər olacaq. Hər çəkidə 2 kq güzəşt olurdu. 70 kq çəki dərəcəsində güləşən idmançılar 72 kq çəki ilə də mübarizə apara bilərdilər. Növbəti ildən isə bu qayda ləğv olunacaq. Mən isə 74 kq çəki dərəcəsində güləşəcəyəm. Düşünürəm ki, mənim üçün rahat olacaq. İndi çəkim bir az aşağıdır.

- Lisenziya yarışlarında sizin çəkinizdə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov da mübarizə apara bilər...

- Həsənov hələ ki, 79 kq-da mübarizə aparır. Qarşıda 2 il var. Çəkilər dəyişə də bilər. Bunu indidən bilmək olmaz. Olimpiadaya lisenziya yarışlarından əvvəl 2 ölkə çempionatımız var.

- Dünya Kubokundakı uğurlarınızın davamlı olacağını düşünürsünüz?

- Özümə inanıram. Fikrimcə, hər şey yaxşı olacaq. Çox əziyyət çəkirik. Təki bütün belə idmançıların əziyyətləri yerdə qalmasın. 

(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam