Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

‘Ermənistan müharibəyə başlamaqla öz sonunu hazırlayır’

 

 

  "Xeberinfo.com": Gürcüstan parlamentinin keçmiş vitse-spikeri Vaxtanq Rçeuşvili son günlər cəbhə xəttində baş verən gərginliklə bağlı Azxeber.com-a özəl müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Son günlər Ermənistan-Azərbaycan sərhədində güclü atışmalar müşahidə olunur. Sizcə, müharibə başlayarsa güc hansı tərəfin üzərində olacaq?
Mən hər iki dövlətdə baş verən siyasi prosesləri yaxından izləyirəm. Rusiya dünyanın nəzərini Ukraynadan yayındırmaq üçün Ermənistandan istifadə edir və Azərbaycan-Ermənistan təmas xəttində gərgin vəziyyət yaradır. Ermənistan da bilir ki, Rusiya olmasa Azərbaycanın qarşısında dayana bilməyəcək. Ermənistan əslində müharibəyə başlamaqla öz sonunu hazırlayır. Çünki Azərbaycanın son illər iqtisadiyyatının güclənməsi onun hərbi gücünə də təsir edib. Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti öz gəlirlərinin böyük bir hissəsini ordunun güclənməsinə yönləndirir. Belə bir vəziyyətdə Azərbaycanın qalibiyyəti gözləniləndir. Ancaq mən real müharibənin başlayacağına inanmıram. Rusiyanın bu bölgədəki maraqları müharibə ehtimalını azaldır. Ancaq müharibə olacaqsa, heç şübhəsiz ki, məğlub tərəf Ermənistan olacaq.
- Ermənistan iyirmi ildən artıqdır ki, Dağlıq Qarabağı işğal altında saxlayır. İqtisadi cəhətdən məhv olmaq təhlükəsi yaşayan Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddilarını necə qiymətləndirirsiniz?
 Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddiası tamamilə absurddur. Bu bir gerçəklikdir ki, Dağlıq Qarabağ bütövlükdə Azərbaycanın ərazisidir və Azərbaycanın ərazisi olaraq da qalmalıdır. Qafqazda Azərbaycanın üzləşdiyi bu işğal faktı ilə Gürcüstanda üzləşib. Obxaziya və Şimali Osetiya məsələsində Gürcüstanın da ərazi bütövlüyü pozulub və Rusiyanın birbaşa iştirakı ilə bu ərazilər Gürcüstanın əlindən alınıb. Eyni zamanda Qarabağa da bunu şamil etmək olar. Bu gün Qarabağda Rusiyanın dəstəyi ilə Ermənistan öz işğalçı siyasətini davam etdirir. 
-Bu günə qədər BMT-nin Azərbaycanın ərazi bütövlüyü qəbul edən və Ermənistanı işğalçı dövlət kimi tanıyan 4 qətnaməsi hələ də icra edilməyib.Son günlər Ermənistanın təmas xəttində gərginlik yaratması ilə də bağlı dünya ictimaiyyəti heç bir mövqe sərgiləmir. Sizcə bunun səbəbi nədir?
Bu məsələdə dünya birliyinin dəstəyini gözləməkdən çox, Azərbaycan öz yaxın dostluq münasibəti olduğu ölkələrlə daha sıx əməkdaşlıqlar etməlidir. Azərbaycan və Gürcüstan dövlətləri bu məsələlərdə bir-birilərinə dəstək olmalıdır. Məsələ Ermənistan məsələsindən çox, bölgəyə hərbi gücü ilə diktə edən Rusiya məsələsidir. Rusiya Qafqazda öz maraqlarını nümayiş etdirmək üçün Ermənistandan istifadə edir. Eyni zamandan Gürcüstanda da separatçı qüvvələrdən. Avropanın da bu məsələdə gücünün yetmədiyini görmək olar. Çünki Rusiya bir çox sahələrdə Avropaya da diktə edir. Ancaq mən düşünürəm ki, Rusiya təhlükəli oyunları ilə nə vaxtsa uduzmağa məhkumdur. Bu zaman istər Gürcüstanın, istərsə də Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bu prosesin nə vaxt gerçəkləşəcəyini deyə bilmərəm. Amma bu nə vaxtsa baş verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam