Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Nəticə olmayanda çox xırdalığa gedirik”

“Nəticə olmayanda çox xırdalığa gedirik” – Mahmud Qurbanov

 

 

 

Xeberinfo.com:   Milli komandamızın məşqçisi Mahmud Qurbanov Qol.az-a müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

- Əvvəlcə “Qarabağ”ın “Viktoriya” ilə dünənki oyunu barədə fikirlərinizi bilmək istərdik.

- Birinci hissə heç də yaxşı keçmədi. Bununla belə komandamız fasiləyə qədər gözəl qol vura bildi. İkinci hissədə isə “Qarabağ” yaxşı hücumlar qurdu. Əsasən də Əfran İsmayılovun meydana daxil olmasından sonra qol epizodları çox oldu. “Qarabağ” 2-3 epizodda qol vurmağa borclu idi. Miçel və Dani boş qapıdan topu keçirə bilmədi. Rəqib də heç nədən qol vurdu. Ancaq “Qarabağ” heç də pis çıxış etmədi.

- “Qarabağ”da ustalıq səviyyəsinin çatmadığını demək olar?

- Deməzdim ki, ustalıq səviyyələri çatmadı. “Qarabağ” qapısından qol buraxana qədər oyuna nəzarət edirdi, topa daha çox sahib olurdu. Qol epizodları da kifayət qədər idi.

- Hücumçu çatışmazlığı “Qarabağ”ın uğurzusluğuna nə dərəcədə  təsir etdi?

- Reynaldo hücumda fəal idi. “Qarabağ” yüzfaizli qol epizodları yaradırdı. Buna görə də hücumçu yoxluğundan şikayətənlənmək düzgün olmaz. Görünən o idi ki, Reynaldo hücumda heç də pis çıxış etmirdi. Muarem qol vurdu. Almeyda və Dani də yaxşı oyun sərgilədi. Əfran da oyunu canlandırdı.

- Deyirlər, bəxt həmişə güclünün tərəfində olur. Sizcə, “Qarabağ”ın bəxti gətirmədi, yoxsa rəqib daha güclü idi?

- Bəxtdən bir az şikayətlənmək olar. Çünki Miçelin topu boş qapıdan keçirə bilməməyinə başqa ad vermək olmur. O qol vurulsaydı, rəqib komanda çətin vəziyyətə düşəcəkdi. Deməzdim ki, “Viktoriya” “Qarabağ”dan güclü idi. Göründüyü kimi, daha çox müdafiəyə fikir verirdilər. Oyunun sonlarında isə iki hücumçu ilə oynamağa başladılar. Bu əvəzetmələrdən sonra isə onların təzyiqi artdı.

- Əvəzetmələrdən söz düşmüşkən, Qurban Qurbanovun əvəzetmələri tənqid olundu.

- Oyunçularının durumunu hamıdan yaxşı baş məşqçi bilir. Bizə bu barədə nəsə demək çətin olar. Hər halda Qurban Qurbanov öz komandasına yaxşı bələddir. Ədətən, futbolda nəticə olmayanda biz çox xırdalığa gedirik. Əslində dünən “Qarabağ” rəqibdən yaxşı oyun sərgilədi.

O fikirlə razısız ki, çempionatımızın səviyyəsi “Qarabağ”ın oyununa da mənfi təsir edib?

- Çempionatın bu cür gedişatı təbii ki, klublarımıza təsirsiz ötüşmür. Təbii ki, Çexiya çempionatı bizimkindən güclüdür. Çexiya klubları ilə oynamaq çətindir. Əlbəttə, çempionatımızda 4-5 güclü komanda olsa, daha yaxşı olar.

- “Qəbələ” sabah Avropa Liqasının III təsnifat mərhələsində “Lill”lə cavab oyununa çıxacaq. Səfərdə qeydə alınan 1:1 hesablı bərabərlik komandamıza nə qədər üstünlük verir?

- “Qəbələ” səfərdə yaxşı nəticə qazanıb. 1:1 hesabı “Qəbələ”nin şanslarını artırdı.  “Lill” Fransa Liqasında çıxış edir. “Qəbələ” üçün çətin olacaq, ancaq mərhələ keçmək şansı var. Məncə, təmsilçimiz səfərdəki qarşılaşmanın ilk hissədəki oyununu Bakıda da sərgiləsə, mərhələni keçəcək. Komandamızın yaxşı hücum qura bilən, çevik futbolçuları var. Şansları bərabər qiymətləndirərdim.

- Milli komandamızda oynamağa razılıq verən Ramil Şeydayev haqda nə düşünürsünüz? Onu yığmamızın növbəti toplanışında görə bilərik?

- Onun yığmamızda oynaması özü üçün də yaxşı olar, bizim üçün də. Ümid edirəm ki, seçmə mərhələdəki ilk oyunumuza qədər onun millimizdə oynaması təsdiqini tapacaq. Robert Prosineçki Bakıya gələndən onunla bu barədə danışacağıq. Şeydayev perspektivli futbolçudur. Məncə, FİFA-dan müsbət cavab alınsa, Şeydayev millinin qarşıdakı toplanışına dəvət olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam