Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Azərbaycan mətbuatının möhkəm maddi-texniki bazası var"

amasov

"Azərbaycan mətbuatı çox sürətli inkişaf yolu keçib. Dövlətimizin qayğısı nəticəsində bu gün ölkə mətbuatının çox möhkəm maddi-texniki bazası var. Bu baza istər iqtidar, istərsə də müxalifət yönümlü qəzetlərə, informasiya portallarına tam azad, sərbəst fəaliyyət göstərməyə geniş imkanlar yaradır".

Xeberinfo.com:  Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov söyləyib.

Mətbuat Şurasının sədri bildirib ki, bu gün Azərbaycan mətbuatı – qəzet və jurnallar, televiziya və radiolar, informasiya portalları, sosial şəbəkələr ölkə əhalisini həm daxildə, həm də xaricdə baş verən hadisələrlə operativ şəkildə məlumatlandırır. Ölkə əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir. Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur. Milli mətbuatımız ölkədə baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır. Biz bunun şahidiyik və dünya ictimaiyyəti də bunu təsdiq edə bilər.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan milli mətbuatının bugünkü durumu, ölkəmizdəki söz, mətbuat, fikir və ifadə azadlığı barədə Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələri mediasının 13-cü konfransında da məlumat verilib. Konfrans iştirakçıları Azərbaycan mətbuatının inkişafı, güclü maddi-texniki bazaya malik olması ilə bağlı məlumatlardan razı qalıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam