Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq"

 

“Biz boşandıq, amma bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq".

Xeberinfo.com:  Müğənni-bəstəkar Emin Rusiyanın “7days.ru” saytına müsahibə verib. 
Məlumata görə, ifaçı keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan bəhs edib: “Biz boşandıq, amma bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq. Bizim hələ də gözəl münasibətimiz var, bu bağlılıq heç vaxt qoparıla bilməz. İlk növbədə biz valideynik, oğullarımız Əli və Mikayıl hər zaman birinci yerdədir. Rəsmi olaraq azadıq, bununla yanaşı biz Leyla, uşaqlar, babalar və nənələrlə birlikdə böyük ailəyik”.

Emin Leyla Əliyevanın övladlığa götürdüyü Əminə haqqında da danışıb: “Əminə 1 yaş beş aylıqdır. Çox balacadır. O, Leyla, babaları, nənələri, mənim əkizlərim və mənim üçün sevincdir. Evdə balaca uşağın olması möhtəşəmdir. Oğullarımın arxasınca qaçır, onların oyuncaqlarını sındırır. Onlar da Əminəyə nəsə demir, onu incitməkdən qorxurlar. Qız uşağıdır, onu qoruyurlar. Əkizlərim əsəbiləşib, şikayət edirlər: “Ata, sən buna son qoymalısan. O, bizim bütün oyuncaqlarımızı qırır. Utanmır?”. Mənsə izah edirəm: “Siz balaca olanda mənim bütün oyuncaqlarımı sındırırdınız. Mən ki, sizə qışqırmırdım. Siz də başa düşməlisiniz ki, o balacadır”. 

İşlərinin çox olmasına baxmayaraq Emin tez-tez Bakıya gəlib, əkizlərini gördüyünü bildirib:

“Hər yeddi-səkkiz gündən bir Bakıya uçur, onları görürəm. Növbəti həftədə isə əkizlər mənim yanıma gəlir. Əminə gələ bilmir. Çünki o bu cür uçuşlar üçün hələ balacadır. Bir az böyüdükdən sonra Əli və Mikayılla birlikdə Moskvaya mənim yanıma gələcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam