Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Bu yarış dünya və Avropa çempionatından daha çox lisenziya xarakteri daşıyır”

 

"Xeberinfo.com":   "Qəbələ" İdman Klubunun vitse-prezidenti və atıcılıq üzrə Azərbaycan millisinin atıcısı Elvin İsmayılovun apasport.az saytına müsahibəsi

 

 

- Əvvəlcə Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışı ilə bağlı fikirlərinizi bildirərdiniz...

 

 

- Möhtəşəm tədbirdi. Azərbaycan idman tarixinin ən böyük yarışlarından biridi. 100-ə yaxın ölkənin təxminən 2000 idmançısı 34 Olimpiya lisenziyası uğrunda mübarizə aparır. O ki qaldı idmançların səviyyəsinə, burda Olimpiadalarda medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin gələn atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdı. Burda elə idmançılar var ki, 3-4 dəfə Olimpiya çempionu olublar.

 

- Azərbaycan yığmasının hazırlıq durumu necədi?

 

-  Komandamız bu yarışa böyük səylə hazırlaşıb. Həm federasiya, həm nazirlik, həm də öz klubumuz tərəfindən qayğı görmüşük. Əlimizdən gələni edəcəyik ki, həm idmançı, həm də təşkilatçı kimi, ölkə rəhbərliyinin etimadlarını doğruldaq.

 

- İdmançılarımız gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazana bilərlərmi?

 

- İdman qarşılıqlı mübarizədi və burda qalib də olur, məğlub da. Burda iştirak edən komandalar da güclüdülər. Amma hər birimizin şansı var. Belə səviyyəli yarışlarda iştirak etmək hüququ qazanan hər bir idmançının qalib olmaq şansı da var. Atcılıq digər idman növlərindən bir qədər fərqlidi. Bu idman növündə psixoloji hazırlıq daha vacibdi. Psixoloji cəhətdən gərək dözümlü olasan. Əlbəttə ki, fiziki hazırlıq da öz yerində.

 

- Avqustun 13-də siz də mübarizəyə qoşulacaqsınız. Qarşınıza hansı məqsədi qoymusunuz?

 

- Hər bir idmançının arzusu fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdı. Mən indi çox yaxşı formadayam. Bəlkə də, idmançı karyeramda heç vaxt bu formada olmamışam. Əlimdən gələni edəcəyəm ki, göstərilən etimadı doğruldum, ölkəmizin himnini səsləndirim, bayrağımızı dalğalandırım.

 

- Artıq neçənci dəfədi ki, burda Dünya Kuboku keçirilir, amma əvvəllər lisenziya xarakterli olmamışdı...

 

- Biz mərhələ-mərhələ hazırlatdıq ki, birdən-birə böyük yük olmasın. Federasiyamız tərəfindən Beynəlxalq İdman Atıcılıq Federasiyasına müraciət olundu. Bilirsiniz ki, hər il burda ənənəvi beynəlxalq qran-pri yarışları keçirilir. Həmçinin Dünya Kubokunun finalına da ev sahibliyi etmişik. Getdikcə daha böyük yarışlara ev sahibliyi etmək şansı qazandıq. Bunun üçün güclü kollektiv yetişdi. Gördüyünüz kimi, hazırkı tədbir də yüksək şəkildə təşkil edilib.

 

- Qəbələdə dünya və Avropa çempionatının keçirilməsi mümkündümü?

 

- Hazırkı yarış dünya və Avropa çempionatından daha çox lisenziya xarakteri daşıyır. Düzdü, həmin yarışlarda da lisenziya qazanmaq şansı olur, amma bu qədər yox. Dünya Kuboku atıcılıq idman növünün təqvim planında ən böyük, möhtəşəm yarış hesab olunur. Həm iştirakçı, həm də verilən lisenziya sayına görə. Burda atıcılığın bütün növləri üzrə mübarizə aparılır. Buna görə də, indi nəticə əldə etmək daha çətindi.

 

- Planda dünya və ya Avropa çempionatına ev sahibliyi etmək varmı?

 

- Bundan sonra lisenziya xarakterli bir dünya çempionatı qalır. Ondan sonra İtaliyada Dünya Kuboku keçiriləcək. Eyni sayda idmançılar orda da eyni idman növlərində mübarizə aparacaqlar. Dünya Kuboku və dünya çempionatında iştirak edənlər eyni idmançılardı. Yalnız status fərqi var. Qəbələ dünya çempionatına və Olimpiadaya da ev sahibliyi edə bilər. Azərbaycan bu gün mümkün olan bütün yarışlara ev sahibliyi etmək iqtidarındadı.

 

- Gələn il də Dünya Kuboku burda keçiriləcək?

 

- Gələn ilin sentyabr ayı üçün də müraciət olunub. Düşünürük ki, gördüyümüz işlər Beynəlxalq İdman Atıcılıq Federasiyası tərəfindən bəyəniləcək. Gələn il gənclər arasında Dünya Kubokunu da burda keçirmək imkanımız olacaq. Gələn il Qəbələdə ənənəvi beynəlxalq qran-pri yarışı və Azərbaycan çempionatı da baş tutacaq. Və təbii ki, gənclər arasında dünya çempionatına ev sahibliyi edəcəyik.

 

- Dünya çempionatının dəqiq tarixi bəllidimi?

 

- Bilirsiniz, hər ilin sonunda Almaniyada toplantı olur. Gələn ilin təqvimi də orda müəyyənləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam