Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq faktiki olaraq dayanıbdır”

 

“Azərbaycan Avropa Birliyi ilə özəl formada əməkdaşlıq qurmaq istəyir. Bunun nə dərəcədə alınacağın demək çətindir”

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri PİA.AZ-a Donald Tuskun Bakıya etdiyi səfəri şərh edərkən politoloq Ərəstun Oruclu bildirib. 
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 22-də Bakıya səfər edib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa Birliyi münasibətlərinin çox gərgin olduğu dövrə təsadüf edir. Ümumiyyətlə Donald Tuskun Bakıya səfərini necə dəyərləndirmək olar? Bu səfər rəsmi Bakı ilə Brüssel arasındakı buzları əritmək üçün yetərli olacaqmı, yoxsa hələ də problemlər qalacaq?
Bu məsələni PİA.AZ-ın əməkdaşı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Orucluyla müzakirə edib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakı səfəri ilə bağlı fikirlərini açıqlayan politolaq bildirib ki, bu vəziyyətdə əsas məqsəd Bakının mövqeyini aydınlaşdırmaqdır:
“Bu səfərin rəsmi Bakı ilə Brüssel arasındakı buzları əritmək ehtimalının nə dərəcədə olduğunu demək çətindir. Amma hər halda, niyyətin belə olmağı açıq aydındı. Çünki Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq faktiki olaraq dayanıbdır. İlk növbədə  də, siyasi əməkdaşlıq. Mən deyərdim ki, bu vəziyyətdə Avropa Birliyinin əsas məqsədi Bakının mövqeyini aydınlaşdırmaqdır.Yəni  Bakının əməkdaşlığın davamına dair münasibətini gözdən keçirtməkdir. Bu məsələdə də, prespektiv nə qədər olacaq demək çətindir. Hər halda Avropa Birliyi Azərbaycanla ümumi standart yanaşmalar üzərində əməkdaşlıq qurmaq istəyir. Azərbaycan isə, daha çox ikitərəfli münasibət qurmaq fikrindədir. Yəni Avropa Birliyinin standartlarına uyğun yox, özəl bir formatda, özəl bir müstəvidə şərtlər qoymaq istəyir. Bunun nə dərəcədə alınacağın da demək çətindir. Hər halda zamanla məsələyə aydınlıq gələcək ”.
Onu da qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”proqramı çərçivəsində Riqada keçirilən sammit zamanı, məhz Donald Tuskun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə iki dəfə telefonla danışması nəticəsində xarici işlər naziri Elmar Məmmədyarov Riqa bəyannaməsini imzalamışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam