Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərbaycanda siyasi məhbus yoxdur”

 

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov son vaxtlar bəzi xarici təşkilatlar tərəfindən ölkədəki “siyasi məhbus” adlandırılan şəxslərlə bağlı hazırlanan hesabatlara münasibət bildirib. 

 

"Xeberinfo.com":  Ə.Ömərov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda olan məhbusların hamısı törətdikləri konkret cinayət əməlinə görə həbs olunublar: “Bunu siyasətə bağlamaq düzgün deyil. Çünki Avropa Oyunları ərəfəsində siyasi məhbus məsələsi qabardılır, ancaq bunun idmanla nə əlaqəsi var? Azərbaycana gələn yarışa gəlir, məhbusun həyat tərzini öyrənməyə gəlmir ki, onun haqqında təsəvvür yaransın.

Əgər hər hansı bir şəxs konkret törətdiyi cinayət əməlinə görə həbs olunursa, ona siyasi məhbus demək olmaz. Siyasi məhbus o adama deyirlər ki, o heç bir günahı olmadan, hakimiyyətə fərqli münasibəti olduğu üçün həbs olunur və sairə. Azərbaycanda isə belə faktlar mövcud deyil. Azərbaycanda siyasi məhbus adlandırılan şəxslərin hamısı törətdikləri konkret cinayət əməlinə görə həbs olunublar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam