Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xalq artisti Canəli Əkbərov mükafatlandırıldı

 

Xalq artisti Canəli Əkbərov 75 illik yubileyi münasibətilə mükafatlandırılıb

 

"Xeberinfo.com":  Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görkəmli xanəndə, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, professor C.Əkbərov Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə nazirlik tərəfindən mükafatlandırılıb
Qeyd edək ki, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.
Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
Görkəmli xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüş, 2002-ci ildə isə Şöhrət ordeni ilə təltif olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam