Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Xocalı ilə bağlı bədii film çəkilib -VİDEO

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunan bədii film-kompozisiya çəkib.

Yenixeber.org: Fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımın canlı şahidi olan və əsirlikdən qayıdan şəxslərin nəql etdikləri əsasında lentə alınıb. 

Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb.

Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub.

Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunub. “Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

Sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam