Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan filmi iki beynəlxalq festivalda iştirak edəcək

 

Kinorejissor Şamil Əliyevin "Çölçü" bədii filmi daha iki beynəlxalq festivalın əsas müsabiqəsində iştirak edəcək. 

 

"Xeberinfo.com":  Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, rejissor bildirib ki, fevralın 7-dən 14-dək Hindistanda keçiriləcək II Noida beynəlxalq film festivalında "Çölçü" ən yaxşı bədii film, rejissor, ssenarist, operator, aktyor və digər nominasiyalarda yarışacaq. 

"Çölçü" filmi həmçinin martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX beynəlxalq kinofestivalın (Byron Bay International Film Festival) proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. İndiyədək 20-dən çox beynəlxalq kinofestival və forumlarda iştirak edən ekran əsəri mükafatlara layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam