Xalq artisti Röya Ayxan küsülü olduğu Nigar Camalla bağlı paylaşım edib.

Yenixeber.org: Müğənni İnstaqram profilində "story" bölümündə "Söhbət var" verilişindən görüntü yerləşdirib.

Videoda Nigarla Xalq artisti Faiq Ağayev və Röyanın avtomobilinin nömrəsi əks olunub.

Röyanın küsülü olduğu Nigarın görüntüsünü yayımlaması müzakirələrə səbəb olub. Onun bu paylaşımı barışıq addımı kimi dəyərləndirilib.

Röyanın paylaşımında diqqət çəkən digər məqam isə küsülü olduğu Rəhim Rəhimlini işarələməsi olub. 

Qeyd edək ki, ifaçılar arasında qalmaqal "Altın kelebek" mükafatlandırma gecəsində başlamışdı.