Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda -Avropa filmləri festivalı başlayıb

Bakıda 10-cu Avropa filmləri festivalı açılıb.

Yenixeber.org: Festival çərçivəsində ilk olaraq Macarıstanın “Səulun oğlu” və Finlandiyanın “Son sövdələşmə” filmləri nümayiş olunub.

Rejissor Lazlo Nemesin ilk tammetrajlı filmi olan “Səulun oğlu”nda hadisələr 1944-cü ildə nasistlərin Auşvitz düşərgəsində baş verir. Premyerası 2015-ci ilin Kann Beynəlxalq Film Festivalında keçirilən film Qran-Priyə, 2016-cı ilin fevral ayında isə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Xatırladaq ki, oktyabrın 16-dək davam edəcək festival çərçivəsində Avropa İttifaqının 14 üzv ölkəsinin filmləri, habelə azərbaycanlı rejissorun bir filmi təqdim olunacaq.

Bütün filmlərə giriş sərbəstdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam