Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Aktrisadan tənqidlərə cavab: “Əcəb edirəm, baxmayın“

bitmap-img6

"8 yeni mahnı yazdırmışam. Onlardan ikisinə klip çəkdirəcəm. Əslində hər zaman oxumuşam. Tamaşaçılar məni aktrisa kimi tanıdılar. Şeir də yazıram. Amma hələ öz şeirimə mahnı yazdırmamışam. Utanıram, cəsarət tələb edir. Çox şəxsidir şeirlər".

Yenixeber.org:   Bu sözləri axşam.az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə məşhurlaşan aktrisa açıq-saçıq geyimlərindən bəhs edib:
"Serialda Larisa obrazı ilə tanınırdım, geyimlə yox. Çəkiliş zamanı geyimlərim qapalı idi. Efir mədəniyyəti başqadır. İnstaqramda, adi həyatda ürəyimiz istəyən kimi geyinə bilərik. Amma efirdə yox. İnstaqramın həyatımla əlaqəsi yoxdur.
Ümumiyyətlə, indi hər şey dəyişib. Rollar, uğurlar, layihələr var. Ondan danışmırlar. Bir dəxlisiz foto qoyuram hamı yazır. Yazırlar fikrin nədir? Edirəm, əcəb edirəm. Xoşuma gəlir, həzz alıram. Xoşunuza gəlmirsə, baxmayın. İnstaqramı özüm işlətmirəm, sadəcə paylaşımlara nəzarət edirəm. Yazılan şərhlərə əhəmiyyət vermirəm".
Çimnaz sosial şəbəkədə tez-tez tənqid edilən paylaşımlarından söz açıb:
"Videoları paylaşanda, yazılacaq heç bir şərhi nəzərə almıram. Özümü xoşbəxt insan hiss edirəm. Özümə necə istəyirəm yaşamağa, kimi istəyirəm sevməyə icazə verirəm. Lazım olanı yox, istədiyimi edirəm, sevirəm. Mən alqış gözləmirəm, önəmli deyil. Baxmayın, istəməyin. Həyatda ləzzətlə yaşayıram. Mənə yaşamaq lazımdır".
Aktrisa yeni seriala çəkildiyini də söyləyib. O, türkiyəli aktyorla tərəf müqabili olacağını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam