Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əli Mirəliyev də ermənicə oxudu

 

Müğənni Əli Mirəliyev xalq artisti Rəmişin erməni dilində mahnı oxumasına dəstək olaraq Musavat.com-un əməkdaşına erməni xalq mahnısını oxuyub

 

"Xeberinfo.com":  Onun sözlərinə görə, erməni dilində ifa etməkdə heç bir qəbahət yoxdur:
“Rəmiş gitaranın atası, anasıdır, o, böyük sənətkardır. Belə cılız yollarla sənətkarı incitmək olmaz, indi deyirsiz bu hərəkətinə görə onu didək? Rəmişin 70 yaşı var, bu səbəbdən fikrini yaxşı izah edə bilmir. Amma axı burda nə var? Rəmiş təmiz Qarabağlı, Ağdamlı balasıdır, belə bir sənətkar üçün bu cür addım atmaq o qədər də qorxulu deyil. Mən Əli Mirəliyev olaraq həmişə Rəmişin arxasındayam.
Zamanında mən də toylarda erməni mahnısı oxumuşam. İndi gəlin sizə bir erməni mahnısı oxuyum (erməni xalq mahnısı oxuyur) . Mən seyidəm, indi bu mahnını oxumaqla xaçpərəst, erməni olmadım ki.. Görün erməni  Şarl Aznavur  necə gözəl oxuyur, indi onu öldürək? Vaxtilə Mirzə Babayev, Zeynəb Xanlarova da erməni dilində və yaxud ermənilər üçün mahnı oxuyublar. Məsələn, “Yerevan” mahnısı... Gülər üzlü, istiqanlı Yerevan (oxuyur).
Biz həmişə ermənilərlə birgə yaşamışıq. Qonşularımızın hamısı ermənilər olub. Yazıq ermənilər bizim üçün işləyib əziyyət çəkiblər, kişiləri evlərimizi tikib, arvadları isə bizə arvadlıq ediblər. Məgər bunları unutmaq olar? Azərbaycanda və İrəvanda  yaşayan ermənilər fərqlidirlər. Onların hətta dillərində də fərq var idi. Biz yaşlı nəsil erməni dilini bilirik, onlar bizim, biz də onların dilindən anlayırdıq. İndi də şəxsən mənim yaddaşımda bəzi sözlər qalıb. Burda təəccüblü heç bir şey yoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam