Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dilçilik İnstitutu:“Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu”

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu” mövzusunda elmi sessiya keçirilib.

Yenixeber.org: Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir: "Hesab edirik ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyət, ədəbiyyat və incəsənət, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, həm də bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu".

Sonra professor Sevil Mehdiyeva “Nəsimi şeirlərində Azərbaycan dilinin xəlqiliyi”, dosent Qüdsiyyə Qəmbərova “Nəsimi dilində söz yaradıcılığı”, dosent Elçin Məmmədov “Nəsimi dilində arxaikləşmiş feillər və isimlər”, dosent Türkan Əskərova “Nəsimi poeziyasında frazeologizmlər” adlı məruzələrlə çıxış ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam