Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Könül Xasıyeva İlham Əliyevə təşəkkür etdi

 

“Mənim zəhmətimə, sənətimə verdiyi qiymətə görə olkə prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu  Xalq artisti, muğam ifaçısı Könül Xasıyeva deyib. 

Fəxri ada layiq görülməsi ilə bağlı K.Xasıyeva Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma da minnətdarlığını bildirib: “Həqiqətən mən bu ailənin qayğısını, sənətə verdiyi qiyməti hiss elədim. Düzdür, bunu illərdir ki, hiss edirdim, amma xalq artisti fəxri adına layiq görülməyim onun nöqtəsini qoydu”.

K.Xasıyeva dekabrın 16-17-də Beynəlxalq Muğam Mərkəzində 2 gün keçirdiyi “Xatırlayarsan” adlı solo konsert proqramından da danışıb: “Konsert çox anşlaqla keçdi. Tamaşaçılarım sevinc hissi ilə konsertdən ayrıldı. Bu, mənim Muğam Mərkəzində ilk konsertim idi. Beynəlxalq Muğam Mərkəzinin inkişafı birbaşa birinci ledi Mehriban xanım Əliyevanın zəhmətinin bəhrəsidir. Nəhayət, Azərbaycanda belə bir mərkəzin olduğunu dünya gördü. Orada muğam gecələri, konsertlər keçirilir. Bu da Azərbaycan muğam sənətinə, milli musiqiyə, milli dəyərə verilən böyük qiymətdir”.

Xatırladaq ki, bir necə gün bundan öncə prezident fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama görə, Könül Xasıyeva muğam sənətindəki xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam