Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hamlet Qoca vəfat etdi

Tanınmış yazıçı və tərcüməçi, Fransanın “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüş Hamlet Qoca vəfat edib.

Yenixeber.org: Bu barədə məlumatı tərcüməçi Səlim Babullaoğlu qeyd edib.

“Görkəmli tərcüməçi və ədib Hamlet Qoca Allahın rəhmətinə qovuşub. Ailə üzvlərinə, bütün yaxınlarına - xalq şairi Fikrət Qocaya, Güldəniz Qocayeva, dostlarım Babək Qocaya, İldırım Qocayevə başsağlığı verirəm. Yeri behişt olsun! Allah səbr versin”, - S.Babullaoğlu bildirib.

Qeyd edək ki, 1965-ci ildə ali təhsilini tamamlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış Hamlet Qoca “Gənclik” nəşriyyatında redaktor, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsində məsul katib, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Avropa ölkələri üzrə baş redaksiyasında baş redaktor, Malidə tərcüməçi və Əlcəzairdəki səfirliyin mədəniyyət mərkəzində şöbə müdiri, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam