Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Müxtəlif şaxəli perspektivlər ərsəyə gətirməliyik"- Əbülfəs Qarayev

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2 may tarixində nazirlərin yüksək səviyyəli görüşü keçirildi.

Yenixeber.org:  Bu gün “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzunda təşkil olunan konfransı Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev açıq elan etdi.

Əbülfəs Qarayev hər kəsi salamlayaraq qeyd etdi ki, BMT-nin rəhbərliyinin bu forumun vacibliyini vurğulaması qürurverici məqamdır. Bu dialoqlar beynəlxalq mədəni platformanın möhkəmləndirilməsinə xidmət edir. Hər il keçirilən forum beynəlxalq miqyaslı hadisədir.

Nazir həmçinin bildirdi ki, ötən forumda da din, mənədiyyət və digər mövzulara toxunulmuşdu. . Beynəlxalq təşkilatların görüşü bu baxımdan vacib şərtdir. Mədəni rəngarənglik fərqlilik ölkəmizi xarakterizə edən əsas cəhətlərdən biridir. Cənab prezidentimiz İlham Əliyev də bu üstün cəhətin qorunub inkişaf etdirilməsi üçün gücünü səfərbər edib. Azərbaycan son illər önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dövlət olaraq, sivilizasiyalararası əlaqəni üstün sayır. YUNESKO, BMT, İSESKO və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edirik.

Bu il də baş tutan forumun əsas məqsədi dövlətlərin daxili və xarici mədəni əlaqələrinə xələl gətirmədən dinlərin, mədəniyyətlərin inkişaf etdirilməsidir. Bu gün bir-birimizə yardım etməyin yollarını axtarmalıyıq. Müxtəlif şaxəli perspektivlər ərsəyə gətirmək borcumuzdur. Bu mövzularda dialoqlar vacibdir. Ən yaxşı və faydalı yanaşma nöqtələrini birgə araşdıraraq, beynəlxalq mədəniyyətlərarası platformanı möhkəmləndirməliyik.

Əbülfəs Qarayev çıxışının sonunda sözü növbə ilə 100 dən çox ölkənin, 30 dan çox beynəlxalq təşkilatların nümayəndəsi olan iştirakçılara verdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam