Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib.

Yenixeber.org: Bu sözləri xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, R.İbrahimbəyovla arasında hər hansı problem yaşanmayıb:

“Rüstəm bəylə aramızda heç bir problem olmayıb. Sadəcə, məni doğum gününə dəvət etməyib. Hər halda dəvət olunmadığım yerə gedə bilmərəm”.

Qeyd edək ki, fevralın 15-də Bakıya gələn Rüstəm İbrahimbəyov 80 illik yubileyini ölkənin tanınmış simaları ilə paytaxtda qeyd edib. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun katibi vəzifəsində işləyən (1990-2013) R.Balayevin sözügedən məclisdə olmaması diqqətlərdən yayınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam