Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nüşabə ilə Afət dalaşdı- “Siz kimsiz ki…”

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmaqızı arasında gərgin anlar yaşanıb.

Yenixeber.org: N. Ələsgərli Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məriz qalan A. Fərmnaqızına iradını bildirib.

O, ifaçının düzgün yolda olmadığını söyləyib. Buna əsəbiləşən Afət əməkdar artistə sərt cavab verib: "Mən niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz? Hamı mənə paxıllıq edir. Xalqın mənə iradı yoxdur. Girin, İnstaqram səhifəmə baxın. Gün ərzində iki min "follow" gəlir. Mən Nüşabə xanımı da keçmişəm. Xalq budur.

Onda mən də deyirəm ki, qara paltar geyinməyin, xoşum gəlmir. Sizin də iradınız buna bənzəyir. Ayıbdır. Gedin işinizlə məşğul olun. Mənə qarşı əksəriyyət aqressivdir. Elnarə Abdullayeva məni dəstəkləyir, ondan başqa heç bir sənətçinin sözünə önəm vermirəm".

Gözlənilməz reaksiya ilə qarşılaşan N. Ələsgərli isə mübahisəni çox uzatmaq istəməyib: "Kim necə oxuyur oxusun, istəyir dombalaq aşsın, nəyimə lazımır? Mən heç kimi artıq düşünmürəm, Dəyişməsin, belə də qalsın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam