Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqləndi

Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqləndi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə olunub.

Yenixeber.org:  AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda çıxış edən akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb. 

Bildirib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində müvafiq Tədbirlər Planı hazırlanıb. 

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib və müvafiq tapşırıqlar verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam