Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Aynanın qarşısında özümü təbrik etdim”- 78 yaşlı Xalq artisti

“Aynanın qarşısında özümü təbrik etdim” - 78 yaşlı Xalq artisti

Bu gün tanınmış kinorejissor, ssenarist Eldar Quliyevin doğum günüdür. Sevilən filmlərin rejissoru, ssenar müəllifi olan xalq artisti 78 yaşını qeyd edir. 

Yenixeber.org: O, doğum günü təəssüratlarını bölüşüb.
- Eldar müəllim, 78 yaşınız tamam olur. Kişilərin yaşı barədə həmişə deyirlər ki, “yaş kişinin var-dövlətidir”. Bu fikirlərlə razısınız, yoxsa yaş sadəcə illər yığınıdır? 

- Yox, yaşa illər yığını demək olmaz, dövlətdir. 

- Bu baxımdan sizi onda zəngin kişi hesab etmək olar? 

- Olar. 

- 78-dən geriyə boylansaq, ən çox hansı yaş dövrünüzdə dayanarsınız, xatirələrin dərinliyinə dalarsınız?

- 77 yaş. Ona görə ki, mən bu yaşacan gəlib çatmışam. 

- Çox adam təmtəraqlı doğum günü qeyd etməyi xoşlamadığını deyir. Bəs siz? 

- Sözsüz xoşlayıram. Ona görə ki, anadan olan günüm olmasaydı, mən də bu gün olmayacaqdım və yaşamayacaqdım. 



- Nəvələriniz varmı? Babalarını necə təbrik edirlər? 

- Var, can sağlığı arzulayırlar. Onlar burada yaşamırlar, başqa ölkələrdədirlər. 

- Çox insan etiraf etməsə də, daha çox gəncliyin həsrətin çəkir. Deyir, yaşamalı, fəaliyyət göstərməli dövr gənclik illəridir. 

- Yox, mən artıq o illəri yaşamışam, necə yaşamışam da özüm bilərəm. Amma o yaşı keçmişəm, gələcəyi, sabahı fikirləşmək lazımdır. 

- 78 il elə-belə yaş deyil. Bir iğidin ömrüdür. Kifayət qədər təcrübəniz, həyati müşahidələriniz, yaşamla bağlı fikirləriniz var. Nə məsləhət verərdiniz gənclərə? 

- Gərək insan özünü aldatmasın. Necə var, elə də yaşasın. 

- Bu gündən sabaha adlamaq üçün sizə stimul verən, güc verən nədir? 

- Həyat özü. 



- Bəs ümidləriniz nədir? 

- Mən istəyərdim vaxt mənə imkan versin, həyatımızdan, necə yaşayırıq, bizi hansı fikirlər maraqlandırır mövzularında filmlər çəkərdim. 

Sizinlə söhbətdən anladım ki, həyatada nikbin olmaq lazımdır, nikbinliyi itirmək olmaz. 

- Sözsüz. 

- Bu gün ayna qarşısında keçdiniz, saçınıza daraq çəkdiniz, nə dediniz özünüzə? 

- Ayna qarşısında özümü təbrik etdim. Dedim, təbrik edirəm səni, Eldar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam