Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ŞƏXSİYYƏT UNUDULMUR

 

 

 

          22 dekabr 1928-ci il və 22 dekabr 2018-ci il = 90 il

 Yenixeber.org: Mehdi Məmməd oğlu Məmmədov 1928-ci il dekabr ayının 22-də Ucar bölgəsində dünyaya göz açıb. Altı yaşından uşaq evinə düşüb. 1942-ci ildə, on beş yaşında ikən könüllü olaraq cəbhəyə gedib. Berlinə qədər döyüş yolu keçib. Ucar pambıqtəmizləmə zavodunda fəhləlikdən direktor vəzifəsinə qədər yüksəlib. İyirmi beş yaşında ikən Ləki pambıqtəmizləmə zavoduna direktor göndərilib. 1963-cü ildə Azərbaycan KP MK-nın şöbə müdiri təyin olunub. 1971-1981-ci illərdə Bakı süd və ət kombinatlarının direktoru vəzifəsində işləyib. 1981-ci ildə, o vaxt   Azərbaycan HK yanında yeni yaradılmış ilk müstəqil Baş Quşçuluq Sənayesi Birliyinə rəis təyin edilib. 1989-cu ilin yanvar ayında təqaüdə göndərilib. Bundan sonra respublikada “BİYAN” birliyini təşkil edib. Bu Birlikdə də iş təşkil olunduqdan sonra hökumətin imtiyazlı şəxsləri tərəfindən vəzifəsindən azad edilib. O, ömrünün sonunda Müharibə Veteranları Komitəsində işləyib.  M.M.Məmmədov 75 yaşında-15 avqust 2003-cü il tarixdə dünyasını dəyişmişdir.  

       Mehdi Məmmədov keçmiş İttifaq dönəmində iqtisadi inkişafa mane olan qaydaları aradan götürməyi bacaran yüksək səviyyəli elmi kadr,  fəaliyyət göstərdiyi bütün sahələr üzrə istehsalatın təşkilinin və idarə edilməsinin elmi əsaslarla həyata keçirilməsinin fədaisi , qanunun aliliyinə hörmət edən, dövlətin və xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, mütəxəssisi qiymətləndirməyi, dinləməyi, bütün çətinliklərdən çıxmağı bacaran, uçotun və maliyyənin idarə ediməsinin, əmlakın və xərclərin uçotunun aparılmasının qanunun tələb etdiyi qaydalarla qayğısına qalan, dövlətin vəsaitinin dağıdılmasının  və mənsəbpərəstliyin qarşısının alınmasında var gücü ilə çalışan fateh olub.

        İşlədiyi 7 il 7 ay ay 9 gün müddətdə quşculuq sahəsində keçmiş İttifaqın gözü olan,111 milyon dollar məbləğində əsas fondlara malik Siyəzən  broyler quşculuq fabriki, 1 və 2 saylı Yeni Bakı  broyler quşculuq fabrikləri, Dəvəçi broyler quşuluq fabriki,xüsusi təyinatlı damazlıq reproduktor quşculuq təsərrüfatları inşa olunub xalqımızın istifadəsinə verildi və keçmişdə inşa olunmuş quşçuluq fabrikləri müasir qurğu-avadanlıqlarla təchiz olundular.Yumurta istehsalı 149 milyon ədəddən 361 milyon ədədə, ət istehsalı 5 min tondan 37 min tona kimi artdı.

        Keçmiş ittifaq dönəmində quşculuğa dövlət böyük qayğı göstərirdi.Əvəzi ödənilmədən-pulsuz infeksion xəstəliklərin  qarşısının alınmas üçün hər il milyon rublarla dərman preparatları.milyon rublarla vitaminlərlə təchiz edilirdi.Kecən beş illiyin orta sıviyyəsindənə artıq ət satan fabrikə  ilin sonunda və kəsimlə əlaqıdar olaraq itkilərə-satış qiymətləri ilə tədarük qiymətləri arasındakı fərqə hər om beş gendən bir quşculuq sahələrinə büdcədən dotasiya ödənilirdi. Xüsusi olaraq broyler quşları üçün keyfiyyətli yem hazırlayan Bakı və Dəvəci dəyirman kombinatlarına kompensasiya ödənilirdi.

Müstəqil dövlətimizin iqtisad elmləri doktoru Ziyad Səmədzadə isə kənd təsərrüfatı məhsullarının istesalı iıə məşğul  olan müıssisələrini vergiyə cəlb olunması təklifini irəli sürür.Bu akademik anlamaq istəmir ki,kənd təsərrüfartı məhsulları istesalının müəyyən hissəsi təbii şəraitdən asılıdır.

Piriküşkül və Siyəzən broyler quşçuluq  fabriklərinin ətraflarında  yaşayış massivləri salınmış.kompleks formada sosial obyektlər tikilib istifadəyə buraxılmışdı.

Bəs M.M.Məmmədovun fəaliyyəti Azərbaycan KP Mərkəzi Komitəsi tərəfindən necə qiymətləndirilmişdi? 6 fevral 1988 ci il tarixli KOMMUNİST mətbuatı yazmışdır: “Azərbaycan KP MK Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsi Azərquşsənaye Respublika Birliyinin  fəaliyyətində ciddi nöqsanlar haqqında qərar qəbul etmişdir”. Əslində bu qərar M.M,Məmmədovun vəzifəsindən azad olunmasına hazırlıq idi. Həmin hazırliq M.M.Məmmədovun 1989-cu ilin yanvar ayında vəzifəsindən azad etdirməklə reallaşdı. Həmin vəzifəyə isə mənsəbpəstliklə məşğul olanın birisini tıyin edib  fabriklərdəki  12 milyon baş quşları(bunun 2 miyon başı ana sürüsü idi) buxarlandırmağa başladılar. Birlikdəki çoxbilmişlər isə yeni rəisin əməllərini yuxarıdakılara rəsmi yazıb onu  vəzifəsindən qovdurdular.

Respublika Ağlar Sənaye Komitəsin sdri Müzamil Abdullayevin  bir toplantıda dediyi fikri mən hələ də unutmamışam. O, demişdir: ,Mehdi Məmmədov yoxdu, məhsul da yoxdur ki”.                                           

       M.M.Məmmədovun həyatı və elm-istesalat fəaliyyəti haqqında “Gəlsin” və “Azərbaycanda kosmik texnologiyanın tarixi”, “Azərbaycandan müasir dünyaya baxış” kitablarımda ətraflı məlumat vermişəm. “Müdrik kişi” adında ona müxəmməs də həsr etmişəm.

 

HAMIYA ARXAYDI

Atadan, Anadan məhrum olsa da,

Boy atdı həyatda bir insan kimi.

Döyüşdə bərkidi o, gənc yaşında,

Şöhrəti qazandı qəhrəman kimi.

 

Ölümü qorxutdu on beş yaşında,

Vuruşa-vuruşa Berlinə çatdı.

Əməkdə fərqləndi cavan çağında,

Dahitək  yüksəlib murada çatdı.

 

Dünyaya göz açıb bircə özüylə,

Qardaşı, bacısı yoxuydu onun.

Çırağı yanırdı əməlləriylə,

Oğul, qız, nəvələr barıydı onun.

 

Oxşarı varıydı bal arısına,

Uzaqdan, yaxından şirə çəkərdi.

Alimlər toplayıb öz ətrafına,

Məhsulu bol edib çörək verərdi.

 

Hamıya arxaydı, özü arxasız,

Gəncləri öyrədib yol göstərərdi.

Yorulmaq bilməzdi, işi qoxusuz,

Zəhmətə qatlaşıb düz yol seçərdi.

 

oktyabr 2011-ci il.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam